"Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb" - Nuşirəvan Məhərrəmli

Milli Televiziya və Radio Şurası (MTRŞ) filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevanın Şuranın üzvlüyündən çıxması məsələsinə aydınlıq gətirib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib ki, S.Vəliyevanın MTRŞ üzvlüyündən çıxması onun sıx elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır:

“Sona Vəliyeva sıx elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq istefa ərizəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edib və ərizəsi qəbul olunub”.

635x100

Şərhlər

t.ədalət 2018-11-17 11:01:46

Sona xanım yaxşı ziyalıdır.Gərəksiz vəzifələr daşımağa nə ehtiyac?Təkcə Sona xanım deyil,artıq vəzifələri çiyninə götürmüş adamlar hamısı belə yükdən azad olmalıdır.Əsasən də yaradıcı insanlar.

yengibar 2018-11-17 11:01:46

Sona Vəliyeva Əli Həsənovun həyat yoldaşıdır.Nuşirəvan Məhərrəmli isə Əli Həsənovun tələbə yoldaşıdır.Bunu elə belə yazdım...

buzlaq 2018-11-17 11:01:46

əcəba dobrovolnı niyə MKRTÇ-dan imtina edir?

Son yazılar