Mərkəzi Afrika Respublikasında atışma davam edir - 37 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında (MAR) atışma nəticəsində azı 37 nəfər ölüb.

“Report” xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, noyabrın 15-dən ölkənin Alindao şəhərində “Anti-Balaka” adlı silahlı qruplaşma ilə “Sülh uğrunda ittifaq” arasında atışma davam edir.

Ölənlər arasında hakimiyyət nümayəndələri də var.

Qeyd edək ki, qarşıdurma nəticəsində 20 min sakin öz evlərindən didərgin düşüblər.

Xatırladaq ki, MAR-ın ərazisinin 80 faizinə silahlı qruplaşmalar nəzarət edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar