DİM sədri 7,6 milyonun necə xərcləndiyini açıqlayır – “Təmiz iş üçün adekvat əmək haqqı…”

Dərc olunub: 17/11/2018 - 11:41

meleyke“Bəzi insanlar açıqlama verir ki, Dövlət İmtahan Mərkəzinin bütün imtahanları pulludur. Bu, yanlış məlumatdır. DİM yaranan zaman dövlət tərəfindən 7,6 milyon manat ayrılıb. Pulun 3,5 milyon manatı kənardan dəvət olunan adamlara ödənilib. İmtahanın təmiz, düzgün keçirilməsi üçün bu, normaldır. Çünki onlar adekvat əmək haqqı almalıdırlar”.

“Report”un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti ” mövzusunda keçirilən konfransda deyib.

M.Abbaszadə bildirib ki, DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla, ümumilikdə, şəxsi heyəti 210 nəfərdən ibarətdir: “Təbii ki, qeyd olunan həcmdə tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac var”.








loading...


Fikrinizi bildirin