Əlcəzairin neft şirkəti Nigerdə böyük neft ehtiyatı tapıb

Orta Afrika ölkəsi Nigerin Kafra bölgəsində Əlcəzairin neft şirkəti "Sonatrach" tərəfindən neft ehtiyatı kəşf edilib.

Niger dövlət televiziyası, "Sonatrach"ın keçən ildən bu yana Niger-Əlcəzair sərhədində apardığı neft axtarışı işləri nəticəsində həmin ərazidə ölkənin ən böyük neft yataqlarından birini kəşf etdiyini bildirib.

"Marja" xəbər verir ki, "Sonatrach" ötən aprel ayında Kafrada bir neft yatağının mövcudluğuna dair məlumat açıqlamışdı.

Çin Milli Neft Şirkəti (CNPC) və Niger arasında əldə edilmiş razılaşmaya görə, CNPC ölkənin cənub-şərq bölgəsi Agademdə gündəlik 90 min barrel neft çıxaracaq. Neft Nazirliyinin məlumatlarına görə, 20 min barrel hasilatın olduğu ölkədə sözügedən müqavilə ilə gündəlik neft hasilatı 110 min barelə çatacaq.

Afrikanın ən yoxsul ölkələrindən biri sayılan Nigerdə zəngin uran ehtiyatlarının da olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar