“Ermənistan münaqişənin həllində çox ciddi problemlər yaradır” - Hikmət Hacıyev

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğal və təcavüz siyasətinin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirilir.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Bakıda keçirilən “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.

H.Hacıyev bildirib ki, bu qeyri-qanuni fəaliyyətlər məqsədyönlü və qərəzli xarakter daşıyaraq işğal olunmuş ərazilərin ilhaqı məqsədi güdür: “Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlər nəticə etibarilə münaqişənin həllində çox ciddi problemlər yaradır və Ermənistanın da əsl məqsədi və niyyəti bundan ibarətdir”.

O qeyd edib ki, həmçinin Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətlər həyata keçirməklə mövcud status-kvo vəziyyətini saxlamaq kimi məqsədlər də güdür:

“Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlərə baxsaq, burada bir neçə istiqaməti təsbit edə bilərik. Birincisi, ən vacib problemlərdən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə məqsədyönlü məskunlaşma siyasəti aparılır, yəni demoqrafik vəziyyət məqsədyönlü şəkildə dəyişdirilir. İkincisi, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlər, xüsusilə də mineral resursların talan edilməsi, qeyri-qanuni, qeyri-şəffaf maliyyə və iqtisadi fəaliyyətlərin həyata keçirilməsi və çirkli pulların yuyulması kimi fəaliyyətlər də qeyd edilməlidir”.

PA rəsmisi deyib ki, digər qeyri-qanuni fəaliyyətlər Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın telekommunikasiya şəbəkələrinin istismar edilməsi və qanunsuz telekommunikasiya fəaliyyəti göstərilməsi, işğal edilmiş ərazilərimizin mədəni xarakterinin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, dağıdılması, həmçinin mövcud maddi-mədəni, o cümlədən dini abidələrin arxitektur xüsusiyyətlərinin dəyişdirilməsi və onların erməniləşdirilməsi kimi siyasətin aparılmasıdır:

“Qeyri-qanuni fəaliyyətlərdən biri də işğal olunmuş ərazilərimizin turizm məkanı kimi təşviq edilməsi və ora qeyri-qanuni səfərlərin həyata keçirilməsidir. Bununla da qeyd etdiyimiz kimi, Ermənistanın işğal və təcavüzü nəticəsində yaradılmış qondarma rejimi təşviq etmək və onun legitimləşdirilməsi kimi məqsədlər də güdülür”.

635x100

Şərhlər

t.ədalət 2018-11-17 12:17:19

Niyə həqiqəti demirsiniz?Münaqişənin həllində problemlər yaradan,onun həllini müşkülləyən Rusiyadır.ermənistan Rusiyanın istifadə etdiyi kandomdur.

Alı 2018-11-17 12:17:19

Bu Hikmətin sərsəmliyindən millət bezmişdi və dua edirdilər ki,"Bunu da bir ölkəyə rədd eləyib səfirdən, konsuldan göndərseydilər mazqımızı çeynəməzdi.Sən saydıgını say gör.... nəysə.İndi bu Hikmət otuzdurulub diplomatik sahədə sözün ən çəkili yerində.İndi həm bizim mazqımızı zad eləyir, həm də Trampın, Putinin, Merkelin, Terezanın,Makrondur makarondur nədir onun.Ayə Hikmətlə dünyanı gic eləy ciyik e. Akazıvaetsa hökumətdə vəzifə tutmaq və irəliləmək üçün hormal agıl heeeeeççç lazım deyilmiş.

Əli 2018-11-17 12:17:19

Bu adam hələ başa düşmür ki ermanistanın hələki heç bir problemi yoxdur və onlar dənizdən dənizə probleminin müəyyən hissəsini həll ediblər qalıb tuttuqlarını mənimsəyib erməniləşdirib Zəngəzur kimi başlasınlar Azərbaycanın başqa ərazilərini zəbt etməyə Bu qardaş isə hansısa münaqişədən danışır erməni isə münaqişəni hələ ki həll edib quruculuq işi ilə məşquldur

Son yazılar