ABEL MƏHƏRRƏMOVUN YÜKSƏK VƏZİFƏ TUTAN QARDAŞLARI və KÜRƏKƏNLƏRİ - SİYAHI

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunub.

Adı şərab biznesində hallanan sabiq rektor və Milli Məclisin deputatı Abel Məhərrəmovun İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda keçirilən tədbirdə akademikə yaraşan davranışlar sərgiləmədiyi üçün vəzifəsindən azad edildiyi iddia edilir.

Sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Qaynarinfo həmin məlumatları sizlərə təqdim edir:

Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmovdur. O, hazırda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Adil Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub. 

Yaşca Abel Məhərrəmovdan kiçik olan Adil Məhərrəmov daha öncə də yüksək postlar tutub. O,  1986-2000-ci illərdə "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru olub. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri vəzifəsində xidmət edib. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Nazirin müşaviri vəzifəsində çalışıb.

Abel Məhərrəmovun özündən 20 yaş kiçik olan digər qardaşı Rauf Məhərrəmov prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub.

Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Ötən gün onun işdən azad olunması barədə xəbər yayılsa da, hələ rəsmi şəkildə təsdiqlənməyib.

Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. O, Prezident Adminstrasiyasında çalışıdı. Bu ilin yanvar ayında ürək tutmasından iş yerində dünyasını dəyişib.

Abel Məhərrəmovun kürəkənləri də yüksək vəzifələr tutur. Eks-rektorun böyük kürəkəni Azər Sadıqov DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisidir. Buna qədər o, DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məhərrəmovun kiçik kürəkəni Daşqın Qənbərov isə BDU-da onun ən yaxın köməkçilərindən idi. Rektorun vəzifəsindən azad edilməsindən sonra onun da universitetdən kənarlaşdırılacağı istisna edilmir.

O, hüquq üzrə fəlsəfə doktorudur. Elmi tədqiqat işi ilə paralel olaraq universitetdə pedoqoji fəaliyyətlə də məşğul olur. Həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsinin "İnsan hüquqlarıvə informasiya hüquqi üzrə UNESCO" kafedrasının dosentidir.

635x100

Şərhlər

Analitik-ə 2018-11-17 12:57:28

Analitik,Sizin analizinizin adını nə qoymaq olar?Yaltaqlıq.yoxsa cinayəti podderjka etmək. Adam Azərbaycan çaxırına təyyarələrlə daşıyıb fiktiv formada geri gətirib insanları aldadıb (cinayət edib),sən isə onu yxılan adlandırırsan.Hələ universitetdən qazandıqları rüşvət və pullu təhsildən mənimsədikləri bir tərəfə.Bu adam 19 ildir sökür.Bir onun əmlaklarına fikir ver.Haraya aparacaq? O biri dünyaya? İnsanda acgözlüyə bax!..

vətəndaş 2018-11-17 12:57:28

Varlının cinayəti səhvdir,kasıbın səhvi isə cinayətdir.

Eldar 2018-11-17 12:57:28

Deyirlər .........

Vətənpərvər 2018-11-17 12:57:28

Bizdə yıxılana balta vurmaq adətdir. Abel Məhərrəmovun gördüyü müsbət işlər də çoxdur.Heç kimə fikir verməyin, möhkəm olun. Pis günün ömrü az olar. Pislik onu edənə qalacaq

G.M 2018-11-17 12:57:28

Abedlin Tabelini bağladılar ki,bir daha xalqı soyanlar anlasınlar ki...``Hamınız müvəqqəti milyonerlərsiniz,oğurladıqlarınızın sahibi sizlərdən çox ağıllıdır``..XƏRCLƏDİYİNİZİ DEYƏ BİLMƏRƏM ``BİR İTGİDİR SAXLADIĞINIZ``.EDtmək istədikləriniz isə xülyadır,nağıldır.

Moşuya 2018-11-17 12:57:28

Onun gözü o qədər qızışmıdı ki, dost.düşmən bilmirdi.Dədəm-babam kor deyib,yoldan ötəni vur deyib prinsipi ilə işləyirdi.BDU-nu nə vəziyyətə saldığı,pullu təhsildən yığılan pulların,zaçot,mtahandan yığılanlar onu tilsimə salmışdı.O qədər gözü qızşmışdı ki, hətta çaxır biznesi də qurmuşdu.Ancaq biznes təmiz olduğunu anlamadı, biznesi fırıldaq obyekti etdi.Azərbaycan məhsulunu İspan adı altnda sırımaq yolunu tutdu.Hələ bir şadlıq sarayı və s.Bunlar Akademikə yaraşandırmı? Tak çto qoy özü düşünsün.

ABDULQADIR 2018-11-17 12:57:28

TAPMACA:-Bunlari topdan vezifeden atsam ve hansi yolla bu vezifelere gelmishlerse o yolnan yerlerine bunlarin taylarindan yerleshdirsem ne qeder ireli düsherem./-Tapmacanin cavabini ilk tapani mükafat gözleyir.

Moshu 2018-11-17 12:57:28

Çox arzu edərdim ki, Abel müəllim heç olmasa bundan sonra bilsin ki, onun düşməni kimdir, dostu kim. Açığı mənim ona heç vaxt simpatiyam olmayıb, heç vaxt da qəbul etməmişəm, amma bu gün onu müdafiə etməyə hazıram. Məgər bu günə kimi bilmirdilər bu vəzifələri zəbt edən Məhərrəmovlar elə bu Abel Məhərrəmovun ətrafıdır? Bu günə kimi bu ailənin qulluğunda durmağa növbəyə duran, toy məclislərində onları süfrənin başında əyləşdirən və bunu özlərinə şərəf bilən insanlar niyə belə unutqan oldular? Bəlkə də Abel Məhərrəmovun əleyhinə döşəyənlər ondan saysız-hesabsız xahişlər ediblər. Bu gün də ayırd edə bilmirəm ki, biz kimik və hansı millətin nümayəndələriyik? Yazıqlar olsun

EJDER 2018-11-17 12:57:28

YAXWI TEREQQI EDIBLER,HELE NE QEDERI VAR,BU OQ....AZERBAYCANDA,WIROKO WAQAET AZEBIJAN...

İlqar Rusiyalı 2018-11-17 12:57:28

.....vəzifələrə bəzən harınlar təyin olunur, ancaq düşmənlə üz-üzə dayananlar, torpaqlarımızı müdafiə edənlər isə sadə insanların - kişi, çayılların özləri kimi kişi törəmələri qorumalıdırlar. ..... Ölkəmi və xalqımı millətə qənim kəsilmiş antimilli məmurlar talayır və talamqda da davam edirlər. Belə məmurlar cinayətlərəinə görə cavab verəcəklər.... Bunu bilin ay Allahsız, talançı, harınları...

Dövlətini svən 2018-11-17 12:57:28

Dövlətinə və xalqına xəyanət edənlərin axırı heç vaxt olmayıb ? Dövlətin qanunları işlək vəziyyətində olseydi,Test imtahanlarından hakimliyə yüksək bal toplayan hüquqşünaslar kənarda qalmazdılar ? Respublikamızda Hakim olanların çoxu Beynalxalq Universitetinin məzunlarıdır? Savadlı hüquqşünasların kənarda qalmalarına səbəb Ədliyyə Nazirliyində Kadrlar Şöbəsinin rəisi vəzifəsində işləyən Rauf Məhərrəmovdur ? Qohum-qardaşların Respublikamızda mühüm vəzifə sahiblərinin olmaları,özbaşnalığa gətirib çıxarmışdır

Bitərəf 2018-11-17 12:57:28

Maraqlı orasıdır ki,belə yaranazlıqları,kadr siyasətinin yaramaz aparıldığğının ,YAP-ın öndə gedənlərinin özbaşınalıqlarının ortaya çıxarılması kimi hallar elə onların özləri tərəfindən aşkarlanır.Bunun anakoqu olan ölkə dünyada varmı?Belə idarəetmənin məqsədi isə qaranlıq olaraq saxlanılır.Ancaq görünən kəndə bələdçi lazımdırmı? Allah Azərbaycanlı xalqa yardımçı olsun.at

Həmyerlisi 2018-11-17 12:57:28

Erməni əsilli bu adam Azərbaycan üçünmü çalışmalıydı?! O, Böyük Ermənistan naminə Azərbaycanı dağıtmalı idi, bunu da edib! Qalır növbəti "Şərəf-Şöhrət" ordeni vermək, Nobel mükafatına layiq görmək və AMEA-ya prezident təyin etmək. Adı, mənşəyi, dini, elmi dərəcəsi, elmi adları, deputatlığı saxta belələrinin hesabına ermənilər irəliləməkdədir. Bu tiplər qoyarlar ki, Qarabağ azad edilsin?!

t.ədalət 2018-11-17 12:57:28

Belə yerdə deyiblər,"çalxa,çalxa,yağ olsun,Abel müəllim kefin saz olsun!"

Təhmasib 2018-11-17 12:57:28

Abel müəllimin qardaşı Rauf Məhərrəmova istər prokurorluqda istərsədə ədliyyə orqanlarında çalışarkən qardaşlarına görə baş prokuror Zakir Qaralov və nazir Fikrət Məmmədov tərəfindən həmişə qayğı göstərilib vəzifələrə çəkilib. Ancaq o da həmişə özündən çox razı olmaqla savadlı, ağıllı adamlara daim üstdən aşağı baxmaqla ona salam verən adamların salamını belə almır. Könlündən baş prokuror olmaq, nazir olmaq keçir.

Vətəndaş 2018-11-17 12:57:28

Bəli,ağlamalıdır,ya gülməli? Belə kadr siyasəti olan ölkədə inkişafdan danışmağın yeri varmı? Bir ailə görün neçə məsul postları zəbt edib.Bu hal böyük ehtimalla ölkədə tək Məhərrəmovlarda deyil,bir sıra yüksıək vəzifəlilərdə işləyənlərdə də mövcuddur.Doğrudan biz analoqu olmayan ölkədə yaşayırıq.Nə qanun,nə konstiusiya bəzilərinə aid edilmir. Ona görə də Azərbaycan xalqının savadlı,bacarıqlı gəncləri, mütəxəssisləri işsiz qalır, ailəsini dolandırmaq üçün xarici ölkələrə köçməyə məcbur qalır.İnkişaf budu

Sahib 2018-11-17 12:57:28

Adı idarə rəhbərindən tutmuş yuxarıya dogru bütün vəzifələrə yalnız bir qrup adamın ən yaxınlarının təyin edilməsii 2004 cü ildən başlandı və hələ də davam edir.İndi ölkənin kadr siyasəti iflicdir. Neftdən daha çox qapazlamaq üçün gizli-açıq hakimiyyəti şantaj edən klanlara əl gəzdirməsələr ölkə dagılır.Bunları hakimiyyətdən aralamaq istəyirlər hər birinin altında cinayət məccəlləsinin bütün maddələri çıxır.LABİRİNT.Buna qədər YAP-çılar idi və bundan sonra həqiqi YAP-çıları məxvi olaraq düşmən elan etdilər.

Səməd 2018-11-17 12:57:28

Bəlkə bundan sonra BDU-nun müəllim və tələbə heyətinin canı bu qərblilərin çet-sindən qurtarar.

Analitik 2018-11-17 12:57:28

Insan fealiyyetinde menfilikle paralel onun yaxşiliqlarini da nezere almaq lazimdir.. Insanin elmi ve (faktiki) teşkilat işleri de az olmayib.. Yoxsa, hem de Haqqa girilmiş olur ki, bu da agir gunahlardan sayilir.. Budreyene balta vurmagi hami bacarar, buna ne talant ya xususi igidlik!.. Metbuata ele bir movzu lazim imiş ki, ustune de 5-10 nu qoysun.. ) Eyni zamanda, şişitmelerle neyise demeye ne var ki.. Kişinin PA-da işleyen qardaşi keçen il Rehmete gedib, yazirlar ki, "onun haqqinda tam melumat ala bilmesek de, hele orada işleyir"..

Son yazılar