Hesablama Palatası 2 saylı Ərazi Vergilər Departamentində audit yoxlaması aparıb

Dərc olunub: 17/11/2018 - 14:20

75c6b262-e3df-4c7f-b57c-fd68b37e619cHesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

“Report” Hesablama Palatasına istinadən xəbər verir ki, kollegiya iclasında Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılıq vəziyyətinin auditinin nəticələri, 2015-2017-ci illərdə ümumtəhsil məktəblərinə ayrılan vəsaitlərin sinif komplektlərinin sayına və şagird sayına uyğunluğunun və şagird-müəllim nisbətinin təhlilinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.








loading...


Fikrinizi bildirin