Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Dərc olunub: 17/11/2018 - 15:41

206aee03-61d8-4c6b-b9b0-3346761c1a2fErmənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın əmri ilə 4 hərbçinin ölümü ilə bağlı 4 zabit tutduğu vəzifədən və hərbi xidmətdən azad olunub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sözügedən məlumatı bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan “facebook” səhifəsində yazıb.

Bildirilib ki, daha iki bölmə komandiri və bir hərbi hissənin keçmiş komandirinə xəbərdarlıq edilib. Ermənistan ordusunun texniki hissələri üzrə keçmiş rəis müavininə və texniki məsələlər üzrə rəisə ciddi xəbərdarlıq elan olunub.

“Xatırladaq ki, bu cəzalar heç kimi cinayət məsuliyyətindən xilas etmir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-də avtomobil qəza nəticəsində Ermənistan ordusunun 4 hərbçisi ölüb.








loading...


Fikrinizi bildirin