Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Dərc olunub: 17/11/2018 - 16:17

ilham_aliyev_president_291217_2Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Gömrük Komitəsinin sədri;

Kollegiyanın üzvləri:

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;

Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;

Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;

Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;

Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;

Bakı Baş Gömrük İdarəsinin rəisi;

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.








loading...


Fikrinizi bildirin