ƏLİ KƏRİMLİNİN SAXLANMASI İLƏ BAĞLI İLK RƏSMİ MƏLUMAT - Baş Polis İdarəsi açıqlama yaydı+FOTO (Yenilənib) 

Bakı şəhər Baş Polis İdarəsi ötən gün Bakıda Şəhidlər Xiyabanı istiqamətində icazəsiz yürüş-mitinq keçirilməsi cəhdi ilə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumatda bildirilir ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər:

“Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılmış, AXCP-nin sədri Əli Kərimli başda olmaqla, aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılmışlar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunmuş və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”.

***

Son məlumat bundan ibarətdir ki, Milli Şura sədri Cəmil Həsənli və saxlanılanların əksəriyyəti artıq sərbəst buraxılıb.

AXCP sədri Əli Kərimli və daha bir neçə nəfər AXCP fəalı isə hələ də Səbail Polis İdarəsindədir.

Əli Kərimli və AXCP fəallarından 7-si barədə İnzibati Xətalar Məcəlləsinin 513.2 maddəsilə protokol tərtib edildiyi və onların bu dəqiqələrdə məhkəmə qarşısına çıxarılacaqları xəbər verilir.

***

Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb. Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib.

Bu arada Milli Şura həbsdə olan Cəmil Həsənli, Əli Kərimli və digərlərinin azadlığa buraxılmasını tələb edən bəyanat yayıb.

Azadlıq Radiosunun məlumatına görə, müxalifətçilər haqda inzibati protokol tutulduğu bildirilir. Şəhidlər Xiyabanının qarşısında saxlanılmış 30-dan artıq müxalifətçi hazırda Səbail rayon Polis İdarəsində saxlanılır. Bu haqda idarənin qarşısına toplaşmış AXCP üzvləri bildiriblər. Saxlanılan müxalifətçilərlə bağlı həyata keçirilən prosedurlar haqqında hələlik heç bir rəsmi açıqlama verilməyib.

Səbail rayon Polis İdarəsinin qarşısına toplaşmış AXCP-çilər 13 patiya üzvü barəsində inzibati protokol tərtib edildiyini deyirlər. Bu haqda onlara polis idarəsindən məlumat verilib.

Həmin müxalifətçilərin İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi ilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) məsuliyyətə cəlb ediləcəyi bildirilir. Sözügedən maddə fiziki şəxslər üçün 300 manatdan 3000 min manatadək cərimə və ya 160 - 240 saat ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası nəzərdə tutur.

AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də hazırda Səbail rayon Polis İdarəsindədir. Onlar barəsində inzibati protokol tərtib edilib-edilmədiyi haqda məlumat verilmir.

***

17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlandığı bildirilir.

Azadliq.org-un məlumatına görə, bu haqda Demokratik Qüvvələrin Milli Şurası-ndan bildiriblər.

Məlumata görə, quruma üzv olan siyasi birliklərin üzvləri kütləvi şəkildə bu gün, noyabrın 17-də ziyarət məqsədi ilə Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumlarının əməkdaşlarının onları xiyabana buraxmadığı deyilir.

Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinins axlandığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Ruslan Qurbanlı da saxlandığını deyib. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail Rayon Polis İdarəsinə aparılıb. Saxlananlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda Səbael Polis İdarəsinin həyətində saxlanılır.

Hələlik, Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifətçilərin saxlanması ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.

635x100

Şərhlər

GM 2018-11-18 14:17:50

Düzgörən mallım,gedişatı svarka eynəyi ilə izləmə gözünü də,özünü də zora salarsan

Düz görən 2018-11-18 14:17:50

Əli Kərimli nəyə görə tutulmamalıdır ki.İllərdir qazanı Əli Kərimli qaynadır.Amma həmişə onun müavinləri,müşavirləri və fəalları həbs olunur.Əcəba niyə.Onlarda tutulandan sonra başlayır bəyanat verib onların adından özünə reytiq qazanmağa.Tutulmaq,yatmaq yaxşı şeydirsə get bia az da özün yat.Ailən məşəqqət çəksin, sonra çıx ki,bu xalq da sənə inansın.İndi sənə qoyulacaq o maddə ilə uzağı 2 ay yata bilərsən.Bundan böyük hörmət.Daha nə istəyirsən ay Əli

Düz görən 2018-11-18 14:17:50

Tam yəqin etdim ki, siz başqa saytlardan və mətbu orqanlardan fərqli olaraq obyektiv mövqe sərgiləyirsiniz.Təşəkkürlər.

Роман. 2018-11-18 14:17:50

Ай.меним халгым бирдефелик билинки бу hакимйети путин гуруб. не вахт путин хакимйетден кедкеч бу хакиийетде о вахт кедечек. одурки дуа единки путин хакимйети тез кетсин одурки бош ведлере инанмайын

ABDULQADIR 2018-11-18 14:17:50

A QARDASH BU XALQ AGILLANMADI DEE,25 ILDIR HELE DE ÖYRENMEDILER KI, ELAMETDAR GÜNLERI HARADA VE HANSI MEKANDA,XIYABANDA QEYD ETMEK OLAR, HARADA OLMAZ.GÜLLER YALNIZ VE YALNIZ HANSI MEKANA GÜL QOYULA BILER, HARAYA QOYULA BILMEZ.NE SHEHID-SHEHID SALIBSIZ EE.AGILLARI VARIYDI SHEHID OLMAYAYDILAR.ONLARI BU HAKIMIYYET GÖNDERMISHDI KI,QAN PULU,DOXTUR PULU,NE BILIM NE PULU ISTEYISIZ?DI CANINIZ CUK ELESIN AGILLANANA QEDER OTURUN...

elsever 2018-11-18 14:17:50

Ayıb ya.Yoxsa üç-üç gəzmək qadağan olunub? İnsanları bu qədər aşağılamağın hesabını biz sormasaq belə tanrı soracaq.Toplu şəkildə insanlar hansısa müqəddəs yerləri ziyarət etmək üçün niyə kimdənsə icazə almalıdır ? Kişi kimi etiraf edin ki,insanların bir yerdə olmasından qorxursunuz.Abel Məhərrəmov kimi kadrları olan hakimiyyət Əli Kərimlidən yox,belə yırtıcılardan qorxmalıdır.

SAVALAN 2018-11-18 14:17:50

Bir məmləkətdə ki, söz sahibi Səyavuş Novruzov ola, daha nədən danışasan !?...

S....... 2018-11-18 14:17:50

. Deyesen bu yaxinlarda azerbaycana goruse gelen seudiyya numayendeleri Eli beyden yaxalarini qurtarmaq ucun teklifler paketi veribler. Qasiqci metodu. Onlar da bunu qebul edibler.

Чавид 2018-11-18 14:17:50

Инди айдын олдуки ерменистан йох азербайчан русянын форбостудур. ситатын.сону......

Sus 2018-11-18 14:17:50

Hitler də çox at oynadırdı.

Sual 2018-11-18 14:17:50

Gulleleyin getsin saxlamaxin ne menasi ya

miri 2018-11-18 14:17:50

Birdəfəlik haqq sözu deməyi qadağa edən sərəncam(başa çarə) qəbul edin. Qəbul edənin də başı? sakitləşsin, haqqı istəyən də işin bilsin . Nə qədər ... komandası ilə idarəetmə olacaq? Allah dərdimizə çarə versin. İNŞƏALLAH.

Osman 2018-11-18 14:17:50

siyavuş parlament tribunasından elan etdi ki ermənilər gəlib parlamentdə oturacaq və erməni dilində danışacaqlar. Obyektiv qanun var ki Hər şeyin bir sonu var. İsanları meşoğa yığmaq olmaz ki. İmkan vermək lazım idi şəhidlərimizi ziyarət etsinlər. Bu onların ruhunu incidir. Əhali ilə prinsip aparmaq heç də yaxşı əlamət deyil. Zorla yox dil tapıb dolanmaq əhalini dolandırmaq lazımdır. Yoxsa qorxu içində saxlamaq qan bağır etmək düzgün deyil.

S.T.. 2018-11-18 14:17:50

S.T. Gor ne gynlere qaldiq ki,qebiristan ziyaretine de icaze istenilir...

G.M 2018-11-18 14:17:50

Azərbaycanda real vəziyət nəzarətdə deyil.Zahiri sabitlik hər gələn günün qorxulu olduğunu ,nisbi sakitliyin təhlükəsini ğks etdirir.

hellas 2018-11-18 14:17:50

Mixaylo v qorode!!! Yapon İmperatorları (Z.H.) üşün İki-iki gəzmək qadağandır

Duzgorene 2018-11-18 14:17:50

Neyi duz gorursen??????? Sen get ozunun basin cixan bir qanqalliq tap. Neyif ki, qadinam ,yoxsa seni bu polisler soyen soyusle soyerdim. Sen essek anqirtisi ile kaman sesini ayira bilmirsense get.........

Son yazılar