Gələn il 46 minə yaxın şəxsin pensiyası 35% artacaq

"2019-cu ildə 45 500 insanın pensiyası 35 faiz artacaq".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq: "Pensiya təyinatının avtomatlaşdırılması hər il 67 min pensiya alan şəxsin həyatını yüngülləşdirəcək. Artıq pensiyaların təyin olunması avtomatik qaydada aparılacaq, vətəndaşlarımızın Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə getmələrinə ehtiyac qalmayacaq".

635x100

Şərhlər

Samir bəyə. 2018-11-17 16:31:31

Bismillahir-Rəhmanir-Rəhim. Əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli S.Babayev! Vallah Samir bəy düz deyr də:- "Təmiz itiriblər özlərini.Boş-boş danışıb pensiyaçıların rəğbətini qazanmaq istəyir" Cənab S.Müslümovdan qalan fikirlər təzələməklə adınızı qaldırmaq istıyiniz bir fayda verməz.Yen hörmətli nazir S.Babayev 8 ayda kargüzarlıqda nizam-intizam yarada bilməyibsə (xüsüsi ilə Elektron kargüzarlıq )?Nədən danışmaq olar? “Ataların bir sözü var. “Hər gözəlin bir eybi olar”. Əsas odur ki,o hüquq üzrə fəlsəfə doktorudur.Bu yerdə Konfutsinin bir fikirini diqqət önünə gətirmək istərdim. O deyirdi: “Bəlağətli danışmağa və həddən ziyadə ədəbli görünməyə cəhd edən insan mənəviyyatsız adamdır”.

Nadir. 2018-11-17 16:31:31

Bismillahir-Rəhmanir-Rəhim. Əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli S.Babayev yenə də səsli-küylü nöbəti məlumatı mətbuatda yaydı. O bunu çox sevir. Adam dəhşətə gəlir! onu demək istəyirəm ki,hörmətli nazir S.Babayeva 8 aydır ki, Mən 78 yaşl təqaütçi ,Qarabağ müharibəsinin veteranı və s... kimi Sizə şəxsən yazdığım 6 məktuba və açıq məktuba cavab verməmisinz. Açiq məktubu və şikayətlərin çoxu eı.poçtla göndərilib.. Daşdan səs çıxdı, Sizdən səs çıxmadı.Mən, ümumiyyətlə, bilmək istərdim ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 8 ayda kargüzarlıq nizam-intizam yarada bilməyibsə (xüsüsi ilə Elektron kargüzarlıq )?Nədən danışmaq olar? Hörmətli Nazir! Hətta 3 dəfə yazdim ki, “Prezidentə şikayət edəcəm” bunuda saymadınız. Bunla dediniz ki, “get, kimə istəyirsən, şikayət et!” deməkdən çəkinmədiniz! Bir məsəl var,”Burda mənəm Bağdadda Kor xəlifə” ! Belə vicdansızlıq olarmı? Amma reallıq onu göstərdi ki, Sizin nazirlik tərəfindən kargüzarlıq müraciətlərin baxılmır və cavablandırılmır.Mənə elə gəlir ki,Siz cəzasız qalacaqınıza tam əminlik göstərirsiniz! Soruşa bilərəm ki,bu Sizdə hardandır? O ki,qaldı pensiyaları tam avtomatlaşdırılmasını həll etməyinizə vallah inanmıram və VƏSSALAM! Mənim məsləhətim məqsəd məramim diqqət olun, və odla oynamamayın! Düşünürəm ki, gegi- tezi Sizin nazirlikdə "od püskurər"!!! A.Dante demişdir: “Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilir”.Cənab Nazir papağınızı qabağınıza qoyub, yaxşı-yaxşı fikirləşmək vaxtdır.

EJDER 2018-11-17 16:31:31

VETERAN PULLERINI QAYTARIN...SELIMDE BELE NAQILLAR DANIWIRDI...INDI ALIMLIK EDIR,MILYARDLARI NECE CIRPIWDIRMALI ...ELE TEMADU.

Samir 2018-11-17 16:31:31

Prezidentin fərmanı ilə pensiyalar on faiz qalxır nazir isə 35 faiz qaldırır. Təmiz itiriblər özlərini.Boş-boş danışıb pensiyaçıların rəğbətini qazanmaq istəyir.

EJDER 2018-11-17 16:31:31

MOLODES...TEQAUTCI HAKIM VE PROKUROR,EDLIYYECILER OLAJAK...ONLAR 3000-4000 ALIRLAR.ALIMLIK ELEYEN SELIM BELE...DANIWIRDI.EJDER OLCANI

vızz 2018-11-17 16:31:31

Ey cənab nazir, bəlkə dediklərinin üstündən böyüdücünü götürəsən? P.S. Sizlər (Yapistlər) gopa basmaqda pərgarsınız. Sizin İcra Katibiniz də iş yerlərinin sayını 2 milyona qaldırmışdı, sonra şara (gopa) iynə batdı şar partladı və iş axtaranlar da gedib oturdular 2005-2006-dan bəri sərəncamla inşa olunmuş körpülərin altında. Vəs-salam, şüt-tamam!!

Son yazılar