FAZİL MƏMMƏDOV BAKIYA QAYITDI - Müalicədən sonra çəkilmiş ilk FOTOSU

Vəzifədən çıxarılandan az sonra - bu ilin aprel ayında səhhəti qəfil pisləşdiyindən,  əvvəlcə Gəncə Beynəlxalq Hospitalında, sonra isə Türkiyədə “American Hastanesi”ndə uzun müddət müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov Bakıya qayıdıb.

"AzPolitika.info"nun məlumatına görə, bir qədər əvvəl sabiq nazirin Bakıya dönərkən çəkilmiş fotosu yayılıb. Şəkli Fazil Məmmədov xüsusi təyyarə ilə Azərbaycana gələn zaman həyat yoldaşı və Türkiyədən olan həkimlərlə birgə çəkdirib.

Şəkildən göründüyü kimi, Fazil Məmmədov xeyli dəyişib. Xəstəlik sabiq nazirin zahiri görkəmində də müəyyən izlər buraxıb.

Xatırladaq ki, infarkt  diqanozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilən Fazil Məmmədovun səhhəti kəskin ağırlaşdığından, bu ilin iyun ayında Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılmişdı. Türkiyədə “American Hastanesi”ndə aparılan müayinələr zamanı Fazil Məmmədovda təhlükəli xəstəlik hesab olunan pankreatit xəstəliyi aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu, adətən, tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Sabiq naziri Türkiyədəki “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin müalicə etdiyi bildirilir. Fazil Məmmədovun səhhətinin artıq normallaşdığı bildirilir. Allah şəfa versin!

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Samir 2018-11-17 18:08:57

Bir kasıba,yetimə,xəstəyə,kimsəsiz qocaya və ya körpəyə, oğurluq pullar olsada, yardım edibsə allah şəfasını versin, etməyibsə allah burnundan gətirsin.

G.M 2018-11-17 18:08:57

YIĞDI BU DÜNYANIN MALIN DÖVLƏTİN..SONRA XƏSTƏLƏNDİ..KİMLƏRƏ QALDI. KEFLƏNDİ, HARDASA BİR AZ QUŞLADI.ÖZÜNÜ SAĞALMAZ BƏLAYA SALDI.

Vətəndaş 2018-11-17 18:08:57

Fazil əvvəlcədən anlamalı idi və bəzi yunlara girməməli idi.Ancaq bir iş var.YAP-ıların devizi: Sök,oğurla,al gətir-dən kənar dura bilməyib. Öz cəzasını çəkir.

EJDER 2018-11-17 18:08:57

BU BIZIMKILERIN IWIDI...ELDARLA FAZILI SEHV SALIBLAR...ZIYANIDA GATIN ONLARA.ONUNDA QOHUM EQRABASI PIS INKIWAF ELEMEYIB,EJDER OL CANI...KEYF ELEYIN...HEC KIM ONSUZDA EMELININ CAVABINI VERMIR.ALIMLIKLE MEWQULDULAR... ANALOQU OLMAYAN INKIWAFDAN...GETSIN

Tatar Temir 2018-11-17 18:08:57

Mən ölüm, halaldır ....

London 2018-11-17 18:08:57

Hmmm.xususi teyyare?Bu qeder pul hardandir qoresen?Utanmasan oynamaqa ne var ki,parazitler!

ayzek 2018-11-17 18:08:57

əmioğlu Türkiyəyə gedəndə niyə dönüb Mahmudov olur?Пить надо меньше!

vergi ödəyicisi 2018-11-17 18:08:57

yazıqlar olsun və ibrət götürülsün

İlqar Rusiyalı 2018-11-17 18:08:57

Bəs bilmirdin ki, Allah Səni belə zəlil edəcək. Bu vəziyyət millətimin qanını sovuran və haqqını yeyən digər yırtıcı məmurları da gözləyir, Allah onsuz da sizin kimiləri zəlil gününə qoyacaq, ancaq yataq xəstəsi də olsaz belə sizlərə mərhəmət yoxdur, olmayacaq da. Sizləri ancaq mühakimə edib, əmlaklarınızı dövlət nəfinə keçirmək lazımdır....

Azer 2018-11-17 18:08:57

oz teyyaresidi bu??

Sual 2018-11-17 18:08:57

Tebii ki Allah yardimcisi olsun ya. Basqa ne yapalim

buzlaq 2018-11-17 18:08:57

Bəs qayıdıb yığdığını qaytarmalıdır da bəəəə!!!

Son yazılar