Eldar Ibrahimov Elxan Süleymanova qəzəbləndi

YAP-çı deputat həmkarının ATƏT PA-nın iclasları barədə açıqlama verməsindən niyə narazılıq edir?

“Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmadığı və həmin qurumun iclaslarında iştirak etmədiyi halda millət vəkili Elxan Süleymanovun bu qurumun iclasları barədə məlumat verməsini təəccüb və təəssüflə qarşılayırıq.

Nümayəndə heyətimizin konkret üzvləri, rəhbəri var və onlar bu barədə fikir bildirə bilərlər. Ona görə Elxan Süleymanov ”Avronest"lə bağlı açıqlama versə, daha yaxşı olar". Bu sözləri YAP-çı deputat Eldar Ibrahimov həmkarı Elxan Süleymanovun ATƏT-in Parlament Assambleyasının iclası barədə verdiyi açıqlamalara münasibət bildirirərkən deyib. Elxan Süleymanov hakimiyyətin maraqlarına toxunan hansısa ifadə işlətməyib. Amma hansısa səbəbdən Eldar Ibrahimov onun bu barədə danışmasını narazılıqla qarşılayıb. Görünür, bu da hakimiyyət daxilindəki ziddiyyətlərlə bağlıdır. Məsələ burasındadır ki, Eldar Ibrahimov hakimiyyətdəki “Naxçıvan” klanının nümayəndəsi hesab edilir. Elxan Süleymanova gəlincə, onun Paşayevlərə yaxın olduğu iddia edilir. Eldar Ibrahimovu bu amil qıcıqlandıra bilər.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar