Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlanıb

Azərbaycanda məşğul və işsiz əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2018-ci il noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5139,6 min nəfər olub, onlardan 4887,2 min nəfərini məşğul əhali təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1552,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883,2 min nəfər, qeyri-dövlət sektorunda isə 669,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,8 min nəfər, qeyri-neft sektorunda isə 1518,9 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 7,0 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,3 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.

635x100

Şərhlər

İqtisadçı 2018-11-17 18:43:25

Məşöul və işiz əhalinin sayına gəldikdə burada da yanlışlığa yol verilir.Əhalinin daimi və müvəqqəti işlə təmini ayrılmalıdır.Çünki müvəqqəti ( yol təmiri və çəkilişi,təsadüfi işlər, tikinti bu gün tikilir bidi ) işləri daimi iş yeri kimi qəbul etmək yanlışdır.Bundan başqa işsizlərin sayı necə təyin olunub ki, ölkədə son illərdə neçə bank qapandı,onların hə birində təhsilli 80-400-ə qıədər işçi harada işlə təmin olundu? Bağlanan firma.şirkətlərin işçiləri necə oldu?DSK-nin məlumatlarının yanlış olduğu aşkar

İqtisadşı 2018-11-17 18:43:25

Uzun illərdir DSK yanlış ,yoxlanılmaməş,təsdiqini tapmayan rəqəmlərlə falsifikasia edərək hamını aldadır.Uzun illərdir siyahiyə alma keçirilmədiyindən son beş il demoqrafiyası yanlışdır və ölkə əhalisinin( (pasport qeydiyyatında olan )dəqiq sayı məlum deyil.Onların hesabatı fakta görə yox,normativlərlə ( Sizə nə qədər lazımdır? ) təyin edilir.Bu hətta pambıq yığımının nəticələrində ( neçə ton yığılıb və nə qədər idxal olunub və nə qədər daxili sınayedə işlənib ) aydınlaşır

Son yazılar