Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,7% artaraq 7 117,0 mln. manat olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5 203,8 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,1%-ni təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 725,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 30,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar