Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın əmri ilə 4 hərbçinin ölümü ilə bağlı 4 zabit tutduğu vəzifədən və hərbi xidmətdən azad olunub.“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sözügedən məlumatı bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan “facebook” səhifəsində yazıb.

Bildirilib ki, daha iki bölmə komandiri və bir hərbi hissənin keçmiş komandirinə xəbərdarlıq edilib. Ermənistan ordusunun texniki hissələri üzrə keçmiş rəis müavininə və texniki məsələlər üzrə rəisə ciddi xəbərdarlıq elan olunub.

“Xatırladaq ki, bu cəzalar heç kimi cinayət məsuliyyətindən xilas etmir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-də avtomobil qəza nəticəsində Ermənistan ordusunun 4 hərbçisi ölüb.

635x100

Şərhlər

t.ədalət 2018-11-17 21:13:29

Ay gözəl saytçılar!ermənistanın informasiyalarılnı verməklə nə istəyirsiniz?Onların problemlərindən bizə nə?Bu yoldan dönmək lazımdır.Bizə ermənistanın böyük faciləri ilə bağlı məlumatlar lazımdır.

Son yazılar