"Qərb Ukrayna faciəsindən dərs çıxarmayıb" - Lavrov

Soyuq müharibənin bitməsindən sonra Qərb ölkələri Avroatlantikanın bərabər hüquqlu təhlükəsizliyinin formalaşdırılması üzrə Rusiyanın etdiyi təklifləri rədd etdi. Bunu “Serb Teleqrafı” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Onlar özlərinin nəzarətində olan geosiyasi məkanın genişləndirilməsi, Avropada yeni bölücü xətlərin yaranması yolunu seçdilər. Qərbin antirusiya fəaliyyətinin nəticələrindən biri Vaşinqton və bəzi Avropa ölkələri tərəfindən 2014-cü ildə Kiyevdə təşkil edilən qiyam oldu. Belə görüntü yaranır ki, Qərb Ukrayna faciəsindən hələ də dərs çıxarmayıb. Bu gün israrlı şəkildə Balkanları da Rusiya əleyhinə plasdarma çevirmək üçün addımlar atılır. Belqrada bunun üçün ciddi təzyiqlər edilir”, – deyə o bildirib.

635x100

Şərhlər

Гешем 2018-11-17 22:26:07

Ай лавров сен шайго путин есед лукашенко назарбаеви ве рахманини гоясан яландан ловха ловха данышасыз. сизе дуня инанмыр хеч хорметде гоймурлар. одурки азад сечкилерле хакимйетнизи халга веринки бир аз хорметниз галсын. статын сону.......

Son yazılar