Azərbaycan yığması Farer adalarını məğlub edib

Azərbaycan yığması Bakıda UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirib.Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edib və qalib gəlib.

Matçda ilk millinin 13 nömrəli futbolçusu Dimitri Nazarov vurub. O, oyunun 18-ci dəqiqəsində künc zərbəsindən qaldırılan topu birbaşa qapıya vurub və top rəqib futbolçunun ayağına dəyərək tora daxil olub – 1:0.

Matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Mahir Mədətov təqribən 30 metr məsafədən qapını dəqiq nişan alıb və hesabı 2:0-a çatdırıb. Oyun bu hesabla başa çatıb.

635x100

Şərhlər

ayzek 2018-11-17 22:57:48

bizimkilər ancaq kakoy-to Frayerlərə qalib gələr!

Son yazılar