Tramp və Pens arasında nifaq yaranıb?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp vitse-prezident Mayk Pensin loyallığına şübhə ilə yanaşmağa başlayıb. Bildirilir ki, lap əvvəldən Tramp onunla birlikdə növbəti seçkilərdə öz namizədliyini irəli sürməyi planlaşdırırmış.

«The New York Times» qəzetinin xəbər veriyi kimi, Tramp öz müşavirləri ilə dəfələrlə Pensin sədaqəti məsələsini müzakirə edib  Həm o qədər tez-tez müzakirə edib ki, onlarda ciddi narahatlıq yaradıb.

Müxtəlif cavablar səsləndirilib. Hətta bəziləri belə ehtimal ediblər ki, Pens «vəziyyətdən öz xeyirinə istifadə edir».

«Bu və digər danışıqlar zamanı Tramp öz müşavirlərinə və köməkçilərinə məqsədyönlü sual verib: Mayk Pens ona sadiqdirmi?» - deyə, məqalədə bildirilir.

Prezidentin köməkçilərinin sözlərinə görə, Donald Tramp tərəfindən belə sualların verilməsi adətən onu göstərir ki, kim isə onu «getdikcə daha çox qıcıqlandırır».

Şənbə günü Kaliforniyaya səfəri öncəsi Tramp bu informasiyanı şərh edib və onu «uydurma» adlandırıb. O, həm də qeyd edib ki, Pensin sədaqətinə şübhə etmir.

«Yox, mən onun loyallığına şübhə etmirəm. O, 100 faiz loyaldır. Bu, uydurma xəbərdir... «The New York Times»-n tipik uydurması» - deyə, «Fox News» telekanalı onun çıxışından sitat gətirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar