"ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir"- Sabiq kansler

Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.“Report” xəbər verir ki, siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.

"Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik…Amerika səfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır", - deyə o bildirib.

Keçmiş kanslerin sözlərinə görə, Almaniya yaranmış vəziyyətdə maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.

Bundan əvvəl Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar