FAZİL MƏMMƏDOV YENİDƏN XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Ona spirtli içki yasağı qoyulub

Uzun müddətdir, Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov oktyabrın 16-sı Azərbaycana qayıdıb.Modern.az-ın Gəncədəki mənbədən əldə etdiyi məlumata görə, F.Məmmədov Azərbaycana qayıdan kimi, oktyabrın 16-sı gecə ilə Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Mənbə qeyd edir ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər.

Eks-nazir bu səbəbdən də mütəmadi olaraq, səhhətilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub...

Əldə etdiyimiz daha bir məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova nazirə spirtli içki yasağı qoyublar.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur “Çırağan Palace”da da dincəlib.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

635x100

Şərhlər

Abit 2018-11-18 13:10:20

Gördün sonda özüvü,adam ne güne qalarmış,haram pul beledi bax

vidadi 2018-11-18 13:10:20

allah agil versin

Amon 2018-11-18 13:10:20

Sizinkide is deyil e vezife basinda yeyib talayanlari buraxib dusmusuz xeste fazilin ustune yaziq da cixib yoxdu caniynan ellesir el cekin hal hazirda da yeyenler var bizim haqqimizi onlardan yazin

H H N 2018-11-18 13:10:20

Allah günaha yazmasın. Qazanılan haram pullardır e, xeyrini görə bilmir, qalıb həkimlərdə. O milyardları qazanıb əllərinizə keçirərkən neçə-neçə insanların bu ağır günlərdə Haqqına girib bədbəxt etmisiniz. "Xoşbəxtliyinizi" başqalarının bədbəxtliyi üzərində qurmusunuz. Hələ Allah Dərgahlnda cavab vermə anı olacaq. Bax onda lap dəhşətli olacaq. Dərgahda bilin ki, milliyyətindən asılı olmayaraq qul qula Haqqını bağışlamayana kimi Allah da bağışlamayacaq. Bu günlərdən Baş Prokuror Zakir Qaralov və daha bir çoxlarına da var. Nə qədər gec deyil Tövbə edin, qayıdın Haqq Yoluna, özünüz özünüzü içinizdəki düşmən olan n ə f s i n i z d ə n, təkəbbürünüzdən qoruyun. Təkəbbürülük yalnız Ucalardan Uca Rəbbimizə məxsusdur. Yeganə olaraq Prezidentimizin ətrafında sıx birləşib qələbədən qələbəyə işıq saçan yolla getməliyik.

kasıb 2018-11-18 13:10:20

BU HARAMZADADIR ONA GÖRƏ BU GÜNDƏDİR. İNSAN GƏRƏK İNSAN OLDUĞUNU, HƏYATIN ÇOX QISA VƏ HƏR ŞEYİN BİR SONU OLDUĞUNU YADDAN ÇIXARMASIN. ALLAHI UNUDUB ALLAHSIZLIQ ETMƏSİN. YARADAN HƏR ZALİMİN ÇƏRXİNİ BİR GÜN ÇÖNDƏRİR TƏRSİNƏ.

arzu 2018-11-18 13:10:20

kicik sahibkarlara qan udduran ezazil haqqimi halal elemirem

EJDER 2018-11-18 13:10:20

YAXWI O TEK TALAYIB,BAWQALARI NE EDIB.KIM XALQ,DOVLET UCUN IWLEYIB,CALIWIB...KIM.VAR ,YA YOX

vergi ödəyicisi 2018-11-18 13:10:20

100 minlərlə insanın ahı tutub bu insanı.ac müəllimin,ələbaxan tibb işçisinin,zəlil günündə olan pensiyaçıların, şəhidin qan pulu,bəs nə bilirdin elə bilirdin bunu Allah götürər. heç vaxt. sən və sənin ətrafın taladığı pullarla Azərbaycanı 10 il saxlamaq olardı.

Həkim 2018-11-18 13:10:20

Çox pulun da ağır fəsadları olur.Laz;m idimi bu&?

t.ədalət 2018-11-18 13:10:20

Bu nədir,hakimiyyətin irəli çəkdiyi kadrlar içki düşkünləridir?Alkaqoliklərlə ölkəni irəli aparmaq müşkül məsələdir.Çünki alkaqoliklər milliliklərini itirmiş ünsür olurlar.Fazil Məmmədovu rahat buraxmayan isə ölçüsü olmayan var-dövlətidir.Mallar,mülklər və obyektlər onu rahat qoymayacaq.Amma,hələ də hökumət susur..

Vekil 2018-11-18 13:10:20

Bu kimin sekilidir atmisiniz buraya ? Axirinci bijdikleri isledirsiniz artiq Fazil oz isinde oz keyfinde bunlara da arada qepig- qurus verir ki xeste adamlarin sekilini qoy mansete yaz ki tezeden xestelendi bir abriniz olsun bari...

buzlaq 2018-11-18 13:10:20

Ölsən də, göyə çıxsan da tasa düşməlisən, çox burcutma. Oralarda çox burcudacaqsan burda qalanlarını ...

Vasif 2018-11-18 13:10:20

Ay zalımlar,talançılar,insafsızlar bax bunu görün ibrət dərsi götürün. Milyardları öğurlayıb atıb yeyirsiniz insanlar isə əziyyət çəkir. Həyat çox qısadır. Öz millətinizik də imkan verin biz də bir az insan kimi yaşayaq işləyək. Bu vətən bu torpaq tək sizin deyil. Torpağı vətəni qorumaq yox talamağı oğurlamağı yaxşı bilirsiniz. Dünənki cəlladdır bu şəkildəki. Hamınızın axırınız belə olacaq.

Son yazılar