«ABŞ Çinlə münasibətlərin yaxşılaşacağına ümid edir» - Mayk Pens

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Btrləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens bəyan edib ki, ölkəsi özünün möhkəm mövqeyinə baxmayaraq, əvvəlki kimi, Çinlə münasibətlərin yaxşılaşacağına ümid bəsləyir.

«ABŞ Çinlə yaxşı münasibət - doğruçuluğa, qarşılıqlı anlaşmaya və suverenliyə hörmətlə yanaşmağa əsaslanan münasibət axtarır... Prezident Donald Trampın Çinin sədri Si Tsizinpinlə «Böyük iyirmiliyin» Argentinadakı sammitində görüşə hazırlaşdığı bir vaxtda, biz inanırıq ki, iki xalq arasında proqresə nail olunacaq - baxmayaraq ki, ABŞ əvvəlki kimi, möhkəm mövqedən çıxış edir» - deyə, Pens ASİİ-nın işgüzar sammitində çıxışı zamanı bildirib.

Çin və ABŞ arasında ticarət müharibəsi 2018-ci il iyulun 6-da, iki ölkə arasında qarşılıqlı artırılmış gömrük rüsularının qüvvəyə minməsindən sonra başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar