Yeri «kiçik buz dövrü» təhdid edir – NASA

Dərc olunub: 18/11/2018 - 15:27

Booker-ice_3387642b«AzPolitika.info» NASA-nın məlumatına istinadla xəbər verir ki, Yer planetini «kiçik buz dövrü» təhdid edir. Belə təzahür artıq 17-ci əsrin ikinci yarısı və 18-ci əsrin əvvəlində müşaşidə olunub.

Günəş aktivliyinin yeni tədqiqinin nəticələrinə əsassən, NASA xəbər verir ki, Yer sakinləri rekord aşağı temperaturlu uzun soyuq qış dövrü ilə qarşılaşa biərlər. Araşdırmaların nəticələrini «Space Weather» nəşri dərc edib.

Günəş tsikli Günəşdə ləkələrin əmələ gəlməsi və fəallığı ilə bağlıdır. Maksimum dövründə Günəşdə bir neçə yüz ləkə müşahidə oluna bilər. Minimum dövründə isə onların sayı çox az olur və ya heç olmur.

«Hazırda Günəş ləkələrinin aktivliyi rekord həddə aşağıdır və enmə tendensiyası qalır» – deyə, NASA-nın Lenqlidəki Elmi-tədqiqat Mərkəzinin əməkdaşı Martin Mlinçak bildirir. Günəş aktivliyinin dərəcəsi termosfer havasının temperaturuna birbaşa təsir göstərir.

Ləkələrin aktivliyinin gələcək enməsi rekord soyumaya gətirib çıxara bilər. Tədqiqatçının fikrincə bu, həm də naviqasiyanın və rabitənin işinə təsir göstərir.








loading...


Fikrinizi bildirin