Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi

Noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edərkən saxlanılan AXCP sədri Əli Kərimli və digərlərinin (ümumilikdə 11 nəfər) bu günə planlaşdırılan məhkəməsi təxirə düşüb. Proses sabah baş tutacaq.

Qeyd edək ki,  Ə. Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir.  Bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.

 

635x100

Şərhlər

S .H. 2018-11-18 19:50:04

. Bir gun gelecek bu isi teskil edenlerin ----- Uzurleri Gunahlarindan pis olacaq! Tarixin tekeri artiq firlanmaqa baslayib! Amma hokm vermeye qorxurlar! Ne etsinler, ozleri de girinc qaliblar.....

Bashirov Qarib 2018-11-18 19:50:04

Bir sutkadan artıqdır ki,yuxarılarda qerar verə bilmirlər ki,məhkəmə hansı hökmu oxumalıdır.Aydın görunur ki,veriləcək qərar guclu dövlətlərlə razılaşdırıla bilmir.

Son yazılar