ABŞ süni ətin istehsalına hazırlaşır

ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarəti İdarəsi (FDA) laboratoriya şəraitində suni yetişdirilmiş ətin istehsalı və satışı qaydalarını razılaşdırıblar. Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə tərəflərin birgə bəyanatında bildirilir.

FDA heyvan hüceyrələrinin toplanmasına, nazirlik əməkdaşları isə nişanlanma və istehsal məsələlərinə cavabdehlik daşıyacaqlar.

Saziş üzərində tamamlanma işləri dekabrın 26-na qədər davam etdiriləcək. Hər iki qurum bu növ məhsulun təhlükəsizliyini təmin edəcəklərinə əmindirlər.

635x100

Şərhlər

t.ədalət 2018-11-18 21:47:17

Bu sünii ətdənsə amerikalılar elə təbii eşşək əti yesələr yaxşıdır.

Son yazılar