ÇXR-in sədri proteksionizmdən imtina etməyə çağırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin şənbə günü Asiya-Sakit okean iqtisadi ittifaqının (ASİİ) Papua-Yeni Qvineyada keçirilən işgüzar sammitində bəyan edib ki, ümumdünya inkişafına nail olmaq üçün proteksionizmdən və birtərəfli fəaliyyətdən imtina etmək və çoxtərəfi ticarət sisteminin qorunub saxlanması qaçılmazdır.

«Proteksionizmdən və birtərəfli fəaliyyət siyasətindən imtina etmək, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə çoxtərəfli ticarət sisteminin qorunub saxlanmasını təmin etmək, iqtisadi qloballaşmanı daha açıq, inklüziv, balanslaşdırılmış və hamı üçün faydalı etmək lazımdır» - deyə, Çin lideri bəyan edib.

O, xüsusilə qeyd edib ki, hər bir ölkənin rəhbərliyinin borcu öz xalqının həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir - «bütün ölkələr inkişaf etmək hüququna malikdir və heç kimin ixtiyarı yoxdur ki, inkişaf etməkdə olan ölkələrin insanlarının yolunu kəsmək cəhdi göstərsin».

«Əgər biz, sabitliyə və inkişafa nail olmaq istəyiriksə, qaydalara əsaslanan qlobal idarəetmə sistemini möhkəmləndirməliyik. Bu qaydalar beynəlxalq birliklə birgə formalaşdırılmalıdır - hamı onlara əməl etməli və heç bir ikili standart olmadan onları tətbiq etməlidir» - deyə, Si Tsizinpin qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar