Türkiyənin matçı haqda şok iddia: Hakim mənə dedi ki…

Dərc olunub: 18/11/2018 - 22:17

turkiye-millisiİsveç millisinin futbolçusu Markus Berq Türkiyə yığması ilə matçdan sonra sensasion açıqlama ilə çıxış edib.

Axar.az xəbər verir ki, futbolçu matçı idarə edən hakimin onların lehinə penalti təyin edəcəyi ilə bağlı söz verdiyini deyib: “Birinci hissədən sonra rumın hakim Kovasa dedim ki, mənə qarşı kobudluq oldu, penalti verməli idin. O da bildirdi ki, həmin epizodu izləyəcəm, əgər həqiqətən penalti idisə, ikinci hissədə sizin lehinizə 11 metrlik cərimə zərbəsi təyin edəcəyəm”.

Qeyd edək ki, UEFA Millətlər Liqasında keçirilən matçda İsveç yığması Türkiyəni penaltidən vurulan qolla 1-0 məğlub edib.








loading...


Fikrinizi bildirin