Çində vertolyot qəzaya uğrayıb, xəsarət alanlar var

Çində R22 vertolyotu qəzaya uğrayıb."Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Sıçuan vilayətində qeydə alınıb.

Vertolyotun Emeyşan dağları yaxınlığında yerə düşdüyü bildirilir. Qəza nəticəsində iki heyət üzvü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, vertolyot ABŞ-ın "Robinson Helicopter" şirkətinə məxsus olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar