Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başlayıb

İsrailin baş naziri Binyamin Netanyahu bazar günü ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu Müdafiə Nazirliyinin Tel-Əvivdəki binasından televiziya ilə müraciəti zamanı deyib.

"Mən müdafiə naziri vəzifəsinin icrasına başlayıram", - deyə o bildirib.

Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman hökumətin fələstinlilərə qarşı yürütdüyü siyasətə etiraz əlaməti olaraq istefa verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar