"Mən özümə "5+" verərdim. Kifayətdir?" - Donald Tramp 

ABŞ prezidenti Donald Tramp tutduğu vəzifədə öz işini "5 +" kimi qiymətləndirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu bazar günü "Fox News" telekanalına müsahibəsində deyib.

"Yaxşı işlədiyimi düşünürəm… Mən özümə belə qiymət verərdim… Qulaq asın, mən buna dözə bilmərəm, ancaq mən bunu edəcəyəm. Mən özümə "5+" verərdim. Kifayətdir? Daha yüksək qiymət verə bilərəm özümə?" — deyə o bildirib.

Prezident deyib ki, onun dövründə ABŞ iqtisadiyyatı çiçəklənir və əgar o olmasaydı, ölkə yəqin ki, artıq Şimali Koreya ilə müharibə aparırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar