Təhsil nazirinin yeni müavini kollektivə təqdim olunub - FOTO

Təhsil nazirinin yeni müavini İdris İsayev Təhsil Nazirliyinin kollektivinə təqdim olunub.

"Report" xəbər verir ki, yeni müavini kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.

Yeni nazir müavini ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.

Xatırladaq ki, İ.İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.

635x100

Şərhlər

ARİF 2018-11-19 10:21:32

Təhsil Nazirliyində kadrlar dəyişir, məktəblərdə dərsin keyfiyyəti dəyişmir.Nə üçün?

Son yazılar