ƏLİ KƏRİMLİ SƏRBƏST BURAXILDI - 2500 manat cərimələnib! (Yeniləndi)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 2500 manat məbləğində cərimə edilib.

"Report"un məlumatına görə, bu barədə Səbail rayon Məhkəməsi qərar qəbul edilib.

Cərimələnən Ə.Kərimli sərbəst buraxılıb.

Həmçinin, məhkəmə tərəfindən Əli Kərimlidən başqa AXCP-in 7 üzvü barəsində cərimə, 3 üzvü barəsində isə 20 sutkalıq həbs cəzası tədbiq edilib.

Əli Kərimli - 2500 manat

Ramid Nagiyev - 400 manat

Fatimə Mövlamlı - 500 manat

Sərdar Cəfərov - 400 manat

Nurlan Libre - 500 manat

Ramiz Cəfərov - 500 manat

Tahir Həsənli - 400 manat

Əlixan Rəcəbov - 500 manat

Ağababa Cəfərov - 20 sutka

Ruslan Əmirov - 20 sutka

Cavid İbrahimov - 20 sutka

[gallery columns="4" size="full" ids="467354,467355,467356,467357,467358,467359,467360,467361"]

* * *

Bu dəqiqələrdə Səbail Rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və onunla birlikdə saxlanılan partiya üzvlərinin məhkəməsi başlamaq üzrədir.

"AzPolitika.info"nun məlumatına görə, bu barədə AXCP üzvləri sosial şəbəkələrdə məlumat veriblər.

AXCP sədri və tərəfdarları noyabrın 17-də Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən polis tərəfindən saxlanılıblar.

Bakı şəhər Baş Polis İdarəsinin noyabrın 18-də yaydığı açıqlamada bildirilir ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər:

“Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılmış, AXCP-nin sədri Əli Kərimli başda olmaqla, aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılmışlar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunmuş və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”.

AXCP-dən verilən məlumata görə, Əli Kərimlinin vəkillərlə görüşünə şərait yaradılmayıb.

Xatırladaq ki, Əli Kərimli ilə birlikdə Milli Şura sədri, professor Cəmil Həsənli də saxlanılmışdı. Lakin bir neçə saatdan sonra o sərbəst buraxılıb.

17 noyabrda saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısı isə belədir:

1. Əli Kərimli, AXCP sədri - İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri

2. Ramid Nağıyev, AXCP təşkilat şöbəsi - İXM 513.2 maddə

3. Ruslan Əmirov, Əli Kərimlinin könüllü mühafizəçisi - İXM 513.2 maddə

4. Tahir Həsənov, Suraxanı şöbəsi - İXM 513.2 maddə

5. Cavid İbrahimli, Xətai şöbəsi - İXM 513.2 maddə

6. Sərdar Qubadsoy, Xətai şöbəsi - İXM 513.2 maddə

7. Ağababa Cəfərli, Masallı şöbəsi - İXM 513.2 maddə

8. Əlixan Rəcəbov, Masallı şöbəsi, 2-ci qrup əlil - İXM 513.2 maddə

9. Ramiz Cəfərov, Xətai şöbəsi - İXM 513.2 maddə

10. Fatimə Mövlamova, blogger - İXM 513.2 maddə

11. Nurlan Libre, Kanal13 internet televeziyasının əməkdaşı - İXM 513.2 maddə

12. Ruslan Qurbanlı, Nərimanov şöbəsi, - İXM 513.2 maddə ilə 1000 manat cərimə edilərək sərbəst buraxılıb.

635x100

Şərhlər

analitik 2018-11-19 13:01:19

"Azpolitika" İnfo çox sağ olsun ki, Əli bəyin azadlığa buraxılması barədə məlumatı yayıblar. İnanın, səhərdən gözləyirdik, narahat idik, başqa informasiya mənbəəmiz yox idi. Çox sevindik. Əli bəyi təbrik edirik! Qanunun, ədalətin aliliyi uğrunda mübarəzədə irəli!

analitik 2018-11-19 13:01:19

mənə çox mətləbləri "ahəstəcə qandırdı". Ən başlıcası indi mənə məlum olur ki, üç milyonluq erməni dılğırları bizim torpaqlarımizı necə işğal edə biliblər. Öz payıma deyirəm, qonşulara baxıb xəcalət çəkirəm. Allah mənə qismət etməsin nə vaxtsa erməni ilə üz-üzə gəlməyi, yoldaş olmağı, onlarla bir tədbirdə olmağı. Ona görə ki, məni azərbaycanlı bilib haqqımda nə düşündüyünü təsəvvür edəndə yer axtarıram girməyə.Bağışlayın, mətləbdən deyəsən uzaq düşdüm, haradan başlayıb hara gəlib çıxdım.

analitik 2018-11-19 13:01:19

o biri respublikalara ayrılan təchizat və avadanlıq say etibarı ilə bizim respublikadan artıq olurdu. Nə isə.. yəni həmin respublikalar bizdən daha aparıcı mövqedə olurdular. Uzun illərdən bəri məni narahat edən bu sualların cavabı indi mənə aydın olur. Xüsusilə, istedadına, qabiliyyətinə, bacarığına görə post sovet ölkələrindəki müxalifət liderlərindən heç də geri qalmayan Əli Kərimlinin həbs edilməsi, 20 ildən artıqdır ki, ona xarici pasport verilməməsi, ona qarşı törədilən haqsızlıqlar

analitik 2018-11-19 13:01:19

Moderatorun bu şərhi buraxacağına ümidim az olsa da, hər halda yazıram. Hazırda Cənubi Qafqazda cərəyan edən siyası-ictimai prosesləri yada salıb sonra da özümüzə baxıram. Hələ SSRİ dövründə xidməti işimlə əlaqədar bürün respublikalarda olarkən Cənubi Qafqazın respublikalarının arasında bizə onlar qədər əhəmiyyət vermədiklərinin şahidi olurdum. Belə münasibət açığı məni üzürdü. Axı bizim əhalimiz, ərzimiz, iqtisadi potensialımız onlardan çox idi. Keçmiş QOSPLANIN bölgüsündə də

G.M 2018-11-19 13:01:19

Ə.Kərimli əslində iqtidarın son ümididir.Çünki müxalif düşərgədə ən ağıllı adam,intellektli siyasətçi məhz İ.Məmmədov və Əli bəydir.

Bashirov Qarib 2018-11-19 13:01:19

Iki sutqadır həbsdədirlər.Məhkəməsiz və mudafiəsiz.Bu da o deməkdir ki,onlara həbslə əlaqədar cəza verəcəklər.Cərimə, filan olmayacaq.Görəsən dunyanın harasında muxalifət rəhbərinə həbs verirlər.

analitik 2018-11-19 13:01:19

Mənə sual verənə. Sualınızı başa düşmək olmur. Mən alverçi deyildim, işim dövlət işi idi, xidməti işimlə bağlı SSRİ-nin əksər respublikalarında olurdum, istər-istəməz özümüzü digər respublilakarla müqayisə etmək üçün məndə alternativ informasiya olurdu. Tam səmimi deyirəm, mən Əli bəyi tanısam da o məni tanımır. Biz onunla nə qohumuq, nə tanışıq, nə onun partiyasının üzvü deyiləm. Sadəcə, görürəm ki, o çox talantlıdır, qabiliyyətlidir, mübarizdir.Biz belə şəxsiyyətlərimizi QORUMALIYIQ!

ANALITIKE SUAL 2018-11-19 13:01:19

WERURLU ISFENDIYAR DEYIR KI,MEN OXUMAMIWAM,EREVANDAN MAL ALIB,AZERBAYCANDA SATIRDIM.ONUN KIMILER BILIRSIZ NE QEDER IDI.MILLET TIFLISE,MAXACQALAYA,DERBETDE GEDIB ,GELIRDI...NIYE

Sus 2018-11-19 13:01:19

Vicdanı olan Azərbaycan xalqını Əli bəyin azad olunması münasibəti ilə təbrik edirəm.Əli bəyə eşq olsun. Allah biz zülümdə olan xalqa yar olsun.

Son yazılar