“Soliton”un kredit şöbəsinin əməkdaşı döyülüb

Dərc olunub: 19/11/2018 - 11:29

35036ebd-a5b5-4261-b19e-8bd468f14593“Soliton” Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin