83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb

Dərc olunub: 19/11/2018 - 11:34

bf883fcb-5dfa-494c-ac24-e2cdaea215faAbşeron rayonunda qoca kişi özünü bıçaqlayaraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Saray qəsəbəsi ərazisində baş verib.

Belə ki, əslən həmin qəsəbədə yaşayan, 1935-ci il təvəllüdlü Vəli İsmayılov yaşadığı evdə özünü bıçaqlayaraq intihar edib.

Bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, 83 yaşlı kişi bir müddət əvvəl oğlu və gəlini ilə bir yerdə yaşayıb. Yaxınları bildiriblər ki, son vaxtlarda kişinin psixoloji problemi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.








loading...


Fikrinizi bildirin