Livan Türkiyə istehsalı olan malların ölkəyə girişinə qadağa qoyub

Livan Türkiyə istehsalı olan malların ölkəyə gətirilməsinə qadağa qoyub.

“Report” “Aksham”a istinadən xəbər verir ki, bunu Livan-Türkiyə Cəmiyyətnin sədri Xalid Tadmori bildirib.

Onun sözlərinə görə, artıq 6 aydır Livanda hökumət qurmaq mümkün olmur, amma baş nazir Saad Hariri nazir vəzifəsini icrasını müvəqqəti olaraq müxtəlif şəxslərə tapşırıb. Nazir səlahiyyətlərinin müvəqqəti icra edən şəxslər isə Türkiyəyə qarşı düşmənçilik siyasət yürüdürülər.

X.Tadmori bildirib ki, Saad Hariri Türkiyəyə qarşı baş verənləri sükütla qarşılayır.

Cəmiyyət sədri deyib ki, Livanın iqtisadiyyat və ticarət naziri Raed Xouri Türkiyə istehsalı olan malların ölkəyə gətirilməsinə qadağa qoyulduğunu təsdiqləyib: “Nazir 30 milyon dollarlıq Türkiyə istehsalı olan mallara qadağa qoyub. O, bu qadağanı milli istehsalı qorumaq üçün etdiyinin bildirib. Ancaq Livan Fransa və Səudiyyə Ərəbistanı ilə müqavilə imzalayaraq, hər iki ölkədə istehsal olunan malların vergi ödəmədən daxil ola bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar