600 mindən çox vətəndaşın banka olan borcu silinəcək - Gürcüstanda

Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq: “Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.

M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi “Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək.

635x100

Şərhlər

Vetendas 2018-11-19 12:14:28

. Butun kasib dovletler oz vetendaslarinin rifahini yukseltmek yolunu secir. Bes goresen Azerbaycan Hakimiyyeti niye oz vetendaslarinin veziyyetini fikirlesmir. Xestelik mualicesi ucun goturduyumux pulu bizden $ alirlar. Biz xestelerimizi dializden azad ederek budceye 50 000 manat xeyir vermisik. Bes nece olur ki, Gurcustan ve basqa dovletler xalqa komek edir, Azerbaycan YOX ? Yoxsa bizim bu Dovletin servetine Haqqimiz yoxdu? Cenablar belke bizim haqqimizda da fikirlesesiz? Onsuz da bu dunyadan hec ne....

Son yazılar