Bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi ƏDV-dən azad edilə bilər

Dərc olunub: 19/11/2018 - 12:25

a746ff1a-ce2e-46ec-81d1-f8758632eba3Bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 164-cü maddəsinə (Vergi ödəməkdən azad edilmə) təklif edilən 164.1.36 bəndinə əsasən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.








loading...


Fikrinizi bildirin