Azərbaycanda 5 maddə ilə axtarışda olan şəxs saxlanılıb

Dərc olunub: 19/11/2018 - 12:53

arrest_130718_1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məclləsinin 32-ci (iştirakçılığın növləri), 312-ci (rüşvət vermə), 206-cı (qaçaqmalçılıq), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 334-cü (fərarilik) maddələri ilə axtarışda olan İqbal Həsənov saxlanılaraq istintaqa cəlb edilib.








loading...


Fikrinizi bildirin