Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb

Dərc olunub: 19/11/2018 - 14:03

15b57466-daaf-47a4-a33b-e74d972797e7Tərtər rayonunda 34 yaşlı kişinin yaşadığı evdən meyiti tapılıb.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, hadisə Tərtər şəhərinin Qara Qarayev küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Həmin evdə yaşayan 1984-cü il təvəllüdlü Rəşad Bayram oğlu Nərimanlının meyiti aşkar edilib. Meyit adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.








loading...


Fikrinizi bildirin