Almaniya Səudiyyə Ərəbistanının 18 rəsmisinə sanksiya tətbiq edib

Jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Almaniyaya səfəri qadağan edilib.

Report” “THMHaber”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas məlumat verib.

Bir müddət əvvəl Almaniyanın Kansleri Angela Merkel indiki şəraitdə Səudiyyə Ərəbistanına silah ixrac etmələrinin mümkün olmadığını bildirmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.

Bu arada “Vaşinqton post” qəzeti də jurnalistin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman verdiyi barədə məlumat yaymışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar