“Bəlli olur ki, bir çox səfir və konsullarımız alverə qurşanıb”

“Bir şəxsin eyni zamanda bir neçə yüksək vəzifəni daşıması, dövlət tərəfindən müxtəlif orden, medallarla təltif edilməsi, daha sonra biabırçı şəkildə vəzifəsindən azad edilməsi, vəzifələrə yerləşdirdiyi qohumların qara siyahıya salınması faktları ölkəmizdə kadr təyinatının bilik, bacarıq, zəngin təcrübə əsasında deyil, tayfa, region prinsiplərinə, proteksionizmə söykəndiyini göstərir ki, bu da nəticə etibarı ilə Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurur”.

“AzPolitika”nın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademik Abel Məhərrəmov ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında belə deyilir.

Partiya hesab edir ki, belə neqativ hallar eyni zamanda diplomatiyamızda, ölkəmizin xarici siyasətinin təmsilçisi olan şəxslərin fəaliyyətində açıq şəkildə özünü büruzə verir. “Sonradan bəlli olur ki, bir çox səfir və konsullarımız onlara verilən səlahiyyət hədlərini aşır, ölkəmizi layiqincə təmsil etmək, təmsil olunduqları ölkələrlə Azərbaycanın əlaqlərinin hərtərəfli inkişafını təmin etmək əvəzinə alverə, biznesə qurşanır, ölkəmiz haqda mənfi rəy formalaşdırır”.

ADP dünyada anoloqu olmayan, ölkəmizi gözdən salan bu cür fəaliyyətin yolverilməz olduğunu qeyd edib və dövlət başçısını Xarici İşlər Nazirliyinin işinin yenidən qurulması, bu sahədə ciddi islahatlar aparılması barədə ciddi addımlar atmağa çağırıb.

635x100

Şərhlər

Vidadi 2018-11-19 19:40:08

BU məsələnin həlli üçün nə edilməlidir.Əvvəlcə səfirlərin,konsulların,XİN-nin işçilərinin tərkibinə diqqət edilməlidir.Kim kimin,hansı deputatın,icra başçısının, yüksək vəzifəlilərin,Nazirlər kabinetinin, Prezident aparatının vəzifəlilərinin qohumlarıdır. Hansı yolla ( rüşvət,tapşırıq) işə qəbul ediliblər. Xülasə,tərkib sağlamlaşdırılmalı,Ləyaqətli və bacarıqlı,təcrübəli kadrlar toplanmalıdır.Yalnız bundan sonra XİN-dən nəticə gözləmək olar.

Malik 2018-11-19 19:40:08

XİN-də baş verənlər Azərbaycanın diplomatik cəbhədə uğursuzluqlarının əsl səbəbidir.Bu nazirliyi belə zəiflətmək,kadr işlərini bərbad etmək belə nəticələrə səbəb olur.Məsuliyyət hissi olmaması, hesabatsızlıq,kadr seçiminin yanlşlığı, tələbkarlılığın olmaması,işləri başlı-başına buraxmaq arzuolunmaz nəticələrə gətirib çıxarıb.

S.Ənvərqızı 2018-11-19 19:40:08

Məmurlar öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirərək cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə, özlərinin şəxsi biznesləri ilə məşğul olurlar və vətəndaşları dövlətdən narazı salırlar.Vətəndaşların şikayətlərinə qanuni qaydada baxılsa belə halların qarşısı çoxdan alınardı? Qanuna,qanun nəzarəti olmalıdır.Məmurlar bir-birinin yanında gözü kölgəli olduqlarına görə,qanuna yox, göstərişlərə əməl edirlər.Uzun müddətdir ki,Rabitə Naziri müraciətimə baxmayır,çünki qanuna yox,göstərişə əməl edir.

EJDER 2018-11-19 19:40:08

EWWI DEPUTATDA BIZNESLE MEWQUL OLA BILMEZ.DEKLARASIYA VERMELIDI GELIRLERI BAREDE,HANI.ANALOQU OLMAYAN DOVLETDIR...ESAS INKIWAFDU ABEL CANI

Azəri 2018-11-19 19:40:08

Bunlar bir neçə klan ..... Min illərdi Azərbaycanda Bakıda yaşayanlar isə yoxsulluq içindədirlər,acından ölürlər. Bu ölkədə ədalətsizlik bərpa olunmasa sonda millət bir-birini qıracaq.

Son yazılar