Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib

Dərc olunub: 19/11/2018 - 18:30

48597d23-9f85-472a-acda-ace9148be00bTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, görüş Türkiyə Prezidentinin Yıldız sarayının Mabeyn köşkündə baş tutub.

Liderlərin “Türk axını” layihəsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafına və Suriyadakı məsələləri müzakirə etdikləri ehtimal olunur.

Prezidentlərin görüşü mətbuat üçün qapalı keçib və saat yarım davam edib.

Xatırladaq ki, noyabrın 19-da Vladimir Putin Türkiyəyə səfər edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr olunan tədbirdə iştirak ediblər.








loading...


Fikrinizi bildirin