“Nissan Motor”un prezidenti saxlanıldı

Dərc olunub: 19/11/2018 - 18:42

carlos_ghosn_191118“Nissan Motor” avtomobil konserninin prezidenti Karlos Qon Yaponiyada saxlanılıb.

Trend-in məlumatına görə, 64 yaşlı K.Qon 2011-ci ildən 2015-ci ilədək müddətdə gəlirləri azaltmaqda ittiham olunur.

Qeyd olunur ki, bu müddət ərzində o, 44 milyon dollara yaxın vəsaiti vergidən gizlədib.

K.Qob həmçinin “Renault-Nissan-Mitsubishi” alyansının İdarə heyətinin sədridir.

Bundan başqa, “Nissan Motor” İdarə heyətinin üzvü Qreq Kellinin də saxlanıldığı bildirilib.








loading...


Fikrinizi bildirin