"Rusiya Türkiyə ilə ticarəti 100 milyard dollara çatdıracaq" - Vladimir Putin

"Rusiya ilə Türkiyə 100 milyard dollarlıq əmtəə dövriyyəsinə nail olacaqlar".“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Türk axını” qaz kəmərinin Qara dənizin dibindən keçən hissəsinin inşasının başa çatmasına həsr olunan tədbirdə bildirib.

“İndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi 100 milyard dollarlıq əmtəə dövriyyəsi bu il Rusiya ilə Çin arasında əldə ediləcək. Bəs Türkiyə ilə niyə bundan az olsun? Bəli, Türkiyə ilə də bu nəticəyə nail olacağıq. Mənim bundan qəti şübhəm yoxdur”, - o deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar