AZƏRBAYCANDA KREDİT BORCLARI ONA GÖRƏ SİLİNMİR Kİ... - "Müharibə şəraitindəyik!"

Xəbər verdiyimiz kimi, Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq: “Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.

M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi “Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək.

Manatın 2 devalvasiyasından sonra Azərbaycanda da yüzminlərlə vətəndaşın banklarla problemi yaranıb. Lakin 3 ildir bu barədə danışılmasına baxmayaraq, Azərbaycan hökuməti borc bataqlığında boğulan yüzminlərlə vətəndaşa kömək əlini uzatmayıb.

jale

Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan hökumətinin problemli kreditlər məsələsinə bu münasibətinə çox qəribə bir "arqumentlə" haqq qazandırmağa çalışıb. "AzPolitika.info"-nun məlumatına görə, deputat sözügedən mövzu ilə bağlı "meydan.tv"nin sorğusuna belə cavab verib:

“Bank kreditlərinin qaytarılması hər zaman gündəlikdədir. Sadəcə, Azərbaycan müharibə şəraitində olduğundan müəyyən strateji və siyasi məsələlər var ki, həllini tapmasa, mümkün deyil”.

“Gürcüstan da müharibə şəraitindədir və üstəlik Azərbaycan kimi neft vəsaitlərinə malik deyil. Belə olduğu şəraitdə Gürcüstan problemi həll etdisə, Azərbaycan hökuməti oxşar addım ata bilməzmi” sualına Jalə xanım belə cavab verib: “Bizim ölkəmizdə də bir çox addımlar atılır ki, digər qonşularımızda atılmır. Məsələn, vətəndaşın sosial müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Ona görə belə qiymətləndirməyək ki, orda oldu, burda niyə olmadı. Ancaq bank borcları davamlı olaraq gündəliyə çıxarılır və hər birimizin arzusu odur ki, məsələ öz həllini tapsın”.

V.NƏSİBOV

635x100

Şərhlər

S.Ənvərqızı 2018-11-19 22:20:04

Müharibə şəraitində olan dövlətin qanunları işlək vəziyyətində olmalıdır? Əfsuslar olsun ki,təyin olunan indiki məmurlar qanunun aliliyini tanımırlar,sifarişlərə üstünlük verirlər. Uzun müddətdir ki,Rabitə Nazirliyindən Prezident Administrasiyasına müraciət edirəm, baxılmaq üçün Rabitə Nazirliyinə göndərilir,göndərilən məktublara nəzarət sistemi olmadığından,başdansovdu,qanunsuz,şablon xarakterli cavab verməkdən kəçinmirlər Gəlin dövlətimizi və Rəhbərimizi seviriksə,doğru danışmaqdan çəkinməyək....

Mahir Əliyev 2018-11-19 22:20:04

Ay admin,barı .... bu adamın şəklini götürün də.

Kamal 2018-11-19 22:20:04

Jale xanım yaxşısı bidur susun. sizin gürgüstana catmaga hele bir esrniz vat

Analitik 2018-11-19 22:20:04

Qeribe sozler ve mesuliyyetsiz ideyalar aparirsiniz.. Banklar iLLerdi imkansiz tebeqeni (gorunmeyen %-le) istismar eleyir, siz ise muharibeni ve s.. behane getirirsiniz??! Onda heledirse bu (bu sonu gorunmeyen) muharibe şeraitinde ne bu qeder gondelenler, bahali ofisler salinaydi, ne parklar tikileydi, ne de muxtelif işlere bu qeder sermayeler buraxilaydi!.. Ciddi seyler aparilsaydi, en azi orta hecmli kredit borclarinin silinmesini çoxdan temin etmek olardi.. Bes muharibedise onda banklari besleyirdiler?!

turan 2018-11-19 22:20:04

bu deputatın Gürcüztanın müharibə şəraitində olmasından xəbəri yoxdur, xəbəri olsaydı bu cür məntiqsiz danışmazdı..ağlamalı vəziyyətdir vallah..

DAVUD 2018-11-19 22:20:04

600 min vətandaşin borcu silinir deyəndə hər ailə başina 1 nəfər*5 nəfərlik ailə. bu proqram 3 mln əhaliyə aid olur.bəs 6 mln əhalisi olan cəmiyyətin yarisi bundan yararlanmir.onlardan narazi olaninin sayi tam olaraq yari-yarı olur.məs Azərbaycanda Zəlzələdə ev tikdilər və pul verdilər.Evi çatlayan o qədər pul almayan var.Qonşuya təzə ev tikib evi çatlayana tikməyib o qədər narazi olan var.Azərbaycanda belə hal olarsa.10 mln əhaliyə şamil olunmalidir.hərəyə 5000 azn.krediti olanin kreditinə,olmayanin özünə.

Zaur 2018-11-19 22:20:04

Təməlini korrupsiya, yerlibazlıq, qohumbazlıq, saxta seçkilər təşkil edən dövlətin deputatı...Mendoza təhsil sistemi, Zamirənin milyonları,Rüfətin maliyyə bazarları, 2450 kv metr bayraq, gəlib çıxmayan Lazım... Üfüqdə isə KTMT bayrağı görünür.

Sənan ələsgərov 2018-11-19 22:20:04

Axı deputatın səlahiyyətinə aid olmayan sualı heç ona vermək olarmı? Deputatlar onlara icazə verilmədən söz deməyə ixtiyarları yoxdur.Sualı aidiyyatı üzrə səlahiyyət sahiblərinə vermək lazımdır.

Exi 2018-11-19 22:20:04

Basa dusmedim banklar niye ve neye esasen bagislamalidi bizim borcumuzu biz insan deyilik axi

o.b.n 2018-11-19 22:20:04

Xanım bilirsiniz bizdə borclar niyə silinmir?Çünki,Gürcüdə və bizdə deputatın seçilməsində fərq var.Onların NK-ilə bizim NK-də fərq var. Nefti-qazı xaricdən almasına baxmayaraq 600 000 vətəndaşın borcunu silməyə pul tapır.Onlarında abzaziya,osettiya kimi problemi var.Əgər ölkə talan olmasaydı,kurs078 qalardı,hamıda krediti qaytarardı.Xanım deputat nə cür 20% ərazini erməni-rus işğalı altıındadı,qalan ərazidə bir qurup parazit məmurların nəzarətindədir.Bizdə hansı məmur işdən qovulur.Onda bilinir oğurudur.

PETRİOT 2018-11-19 22:20:04

GÜRCÜLER TOY-BAYRAM ŞERAİTİNDEDİR.SİZİN BÜTÜN SÖYLEDİYİNİZ SÖZLER BAŞINIZA DEYSİN.

Oqtay 2018-11-19 22:20:04

Mən illərlə süzmə çörək yeyib kredit almamışam ancaq adamlar var kreditlə bahalı maşın alıb indi verə bilmir biz neynəyək almısan kreditin var .....

Alı 2018-11-19 22:20:04

Jalə 2005-ci ildən deputatdır.13 ildə Jalədən məntiqə yaxın,normal bir söz eşitmisiniz? Zərdabın deputatı kimi də ara sıra rayona gələndə təzə paltarını kasıb Zərdablıya göstərib bagrın yarmaqdan başqa heç nəyə yaramayıb.Əsas işi də Zərdabın başçısından Ziya Məmmədova,Ucarın başçısı Mənsur Məmmədova xeber daşımaq, intriqa yaratmaqla onların yanında xal qazanmaq olub.İndi də hiss edir ki yaxınlarda seçki ehtimalı daha çoxdur deyə səsin çıxarıb yerini isti etmək istəyir, amma savadsızlıqdan tərsinə alınır.

idris 2018-11-19 22:20:04

bunun öz vəzifələrlndən xəbəri yoxdur.bunlarin işi qünün 24 saati tərif deməklə keçir.Xalqin problemləri önəmli deyil.kim tərəfindənt təyin olublar ona hesabat verirlər.

Veteran-a 2018-11-19 22:20:04

Sizinlə tam razıyam. Bu sözləri kişi deputat desəydi bir təhər ötürmək olardı. Lakin qadın həm də anadır, ona görə bu sözləri həzm etmək çox çətindir.

Bəhram Qarabaglı 2018-11-19 22:20:04

Horməтli Xamım Sizinlə hər işdə razılaşmaq olardı. Ancaq, siуasi dünуaуa rəsmi Azərbacan firavan тoу-baуram ab-havası тəqdim edir. Heç debaт ulтimaтumu da səslənmədi, ehтiуaтlar da тoplanmaуıb? Sanki, Qarabag genosidinin əsarəтində azərilər уox ermənilər və Ermənisтan saxlanır? Hansı dovləт Azərbaуcan qədər adambaşına nefт-qaz buraxır və onu alanlar da həmin dovləтin işgalçısı ilə iqтisadi əlaqələr qurur?

Araz 2018-11-19 22:20:04

G.M müəllim şərhlərinizdə yeri gəldi-gəlmədi İslam dininə qara yaxırsız.Bu tamami ilə səhvdir.Mötəbər şirkətin Azərbaycanda apardığı sorğuya görə əhalinin yalnız az bir hissəsi İslam qanunlarına tam əməl edir.Zənnimcə problemin kökü iş görmək əvəzinə qulp qoyanların sayının çox olmasıdır.Kimsə düzgün olaraq bunu çayxana tərbiyəsi adlandırmışdı.6 sinif təhsili olan birisi rahatlıqla alimi savadsızlıqda ittiham edir. Quranda ,sənin dinin sənə mənim dinim mənə yazılıb,lütfən mənim dinimə küfr etmə.

Akif 2018-11-19 22:20:04

Siyahı ilə deputat təyin olunmuş vətəndaş utanmadan ağ yalan danışmağa məcbur edilir. Ar olsun belələrinə!!!

vidadi goyce 2018-11-19 22:20:04

onurgasiz sozler

Zaman 2018-11-19 22:20:04

Sovet dövründə şairə Nurəngiz Günün müəllifi olduğu bir şer eşitmişdim."Balaca qızın,balaca-balaca evi olacaq" misraları ilə başlayırdı.Hazırda balaca qızın böyük mandatı var.Balaca qızın balaca-balaca milləti dolamağı var.

Filosof 2018-11-19 22:20:04

Ay Jale xanim camaati dolamayin sen Allah! Tek bir Rufet Aslanlinin mawinlari ve saatlarinin pulu ile butun boclari baglmaq olar!!!

Elşad 2018-11-19 22:20:04

İnsanda abır həya yaxşı şeydir, onda da qadın ola. Yalançının.................!

Samir 2018-11-19 22:20:04

Bizim deputatlar lap nazirlər kimi danışırlar, çünki onları xalq seçmir,onlarda faktiki nazirlər kimi təyin olunurlar, ona görə də xalqın maraqlarına zidd olan, icra strukturları tərəfindən məclisin baxılmasına verilən qanunları formal olaraq müzakirə edib qəbul edirlər. Qarabağ məsələsinin həlli və geniş, xalqın mənafeyinə uyğun olan, iqtisadi islahatlar yalnız demokratik parlament və prezident seçkilərindən keçir.

Vətəndaş 2018-11-19 22:20:04

Hörmətlı millət vəkili Elmira Axundova 2oo manat əmək haqqı alanlara görə şok keçirtdiyini deyir.Bəs 160.17o manat maaş alan poçt işçiləri neynəsin.hələ ustəlik vergi də tutulur

G.M 2018-11-19 22:20:04

Xahi edirəm Yaamağı bacaran Gürcünü,köləliyə,ərəb xurafatına sadiq qalanlarla müqayisə etməyin.Hər bir millət nəyə qadirdisəlayiqdirsə ona uyğun da,yaamağa məhkumdur.Haqqını tələb edənə ``iş vedrən`` deyilən...həmyerlisinə söymək üçün xaricə qaçan,hüququnu qorumaq üçün dubinkadan qorxub bir araya gəlməyən,yaltaqlığı biznes bilən edvini vətən,cibini büdcə,ailəsini Xalq bilən millətin məmurunun münasibəti də belə olar.

Mahir Əliyev 2018-11-19 22:20:04

Sən də .... Bu fikrinlə,bu düşüncənlə kredit borcu olanların hamısının nifrətini qazandın.Rahat ola bilərsən. Təbriklər.

t.ədalət 2018-11-19 22:20:04

Arqument əsassızdılr.Biz Rusiyanın köhnə silahlarına on milyardlar xərcləmişik.Müharibə isə silahların bolluğu ilə yox,çevik döyüş hazırlığına malik hərbiçilərlə aparılır.DQ ərazisində döyüşlər aparmaq üçün vətənpərvər,Rus agenturasından uzaq və Türkiyə təhsil almış zabitlər lazımdır.Dağlıq ərazilər gərəksiz ağır silahlar tələb etmir.Rusiya DQ-də yaratdığı münaqişədən,həm də silahlarını satmaq üçün yararlanır.Gürcülərin krediti ilə bizimkilər fərqlidir.Hacı İbrahimin götürdüyü kredit büdcəmiz qədərdir..

miri 2018-11-19 22:20:04

Ha,ha,ha. Bunca gülməli bir şey eşitməmişdim.Baliq Hafizin davamçıları yetişir.

Veteran 2018-11-19 22:20:04

Cox gulmeli ve obsurd bir aciqlama! Bes muharibe weraitinde olan olkenin budcesini TALAN elemek olar?! Hansi memur iwden cixarilir melum olur ki, milyonlar talayib.

TARİX 2018-11-19 22:20:04

COX TƏƏSÜFLƏR OLSUN Kİ,BİZİM BELƏ SƏVİYƏYƏ MALİK DEPUTATLARIMIZ VAR. BANKLARDAN,DÖVLƏTDƏN OĞURLANAN MİLYARDLARIN GÜZİ HİSSƏSİ İLƏ BU MƏSƏLƏNİ HƏL ETMƏK OLARDI.

Ekspert 2018-11-19 22:20:04

Sual olunur?Siz kiminlə müharibə şəraitindəsiniz.Milyardlarla pulu silah alverinə xərcləyirsiniz.Kimə lazımdır o silahlar? Təlimlərə o qədər silah alıb xalqı ac qoymaq nəyə lazımdır.25 ildir silah alırsınız.Amma nəticəsi yoxdur.Çünki o fuflo silahlar istifadəyə yararsızdır..... bəli, bu silahlar xalqa qapşı alınıb ....Budur həqiqət.Acı nifrət.

Məmmədəli 2018-11-19 22:20:04

Jele xanım düz deyir, dövlət müharibə vəziyyətindədir, bir yandan Cahangir Hacıyev, Qüdrət Şükürov, vergidə Fazil Məmmədov, gömrükdə Aydın Əliyev, qaçqınkom Əli Həsənov, Tağı Əhmədov, Səlim Müslümov, hələ səsi çıxmayan neçələri, neçə min məmur ordusu!

Ferid 2018-11-19 22:20:04

bu cavabi siz millet olaraq haqq edirsiz ., oturun evde ve gözleyin yaxshi olacaxini, amma Gurculer qalxdi deyishdi ..... burda qoxmadan yazirsiz bayirda balaca sorxuda kishi kimi kimi danishaniniz azdir qoxaqliqdan gunumuz budur., ve terbiye verdiyiniz ushaqllar bu gun anasi ve atasi yashli adamlari it kimi döyür ., bunu sizler yaratmisiz ., ve bu gunde söymeyin eksine bir azda cox girin daha yaxshi olacaq ., xosh gun artiq olmayacaq ., 21 esrin kölleri

Sənan 2018-11-19 22:20:04

BƏLİ İNSANLARI İNTİHARA MƏCBUR EDƏN KREDİTLƏT SİLİNMİR, ÇÜNKİ MÜHARİBƏ ŞƏRAİTİNDƏYİK 25 İLDİR. ANCAQ MİLYARDLAR,YÜZ MİLYARDLAR ÖLKƏNİ ƏHALİNİ TALAYIB MƏNİMSƏYİRLƏR. ÇÜNKİ 25 İLDİR MÜHARİBƏ ŞƏRAİTİNDƏYİK, OYUNUNDAYIQ.

azər 2018-11-19 22:20:04

Gürcüstan da müharibə şəritindədir..bunu hamı bilir: abxaziya və osetiya məsələsi..yeri gəlmişkən, torpaqları işğal olunmamış Türkiyədə şəhid ailəsinə bizdəkindən 10 dəfədən çox artıq müavinət ödənilir..özü də yubatmadan..baxıb öyrənə bilərsiz.. mən hələ Qərb ölkələrini və İsraili demirəm..bəs buna nə deyək?.

yusif-1313 2018-11-19 22:20:04

Düzgün qoyulmuş suala cavab tapa bilməyəndə belə məntiqsiz fikirlər söylənilir

Vetendas 2018-11-19 22:20:04

Memurlar, nazirler ,deputatciqlar ..... Sizler milyonlari basib yeyirsiz, onda muharibe olmur?! He?!Seni ora kim secib? Hec kim! Oturub orda kukla kimi aqzina geleni deyirsen. Hansi sosial veziyyetden danisirsan? Dediyini ozun qanirsan? Sosial veziyyet yaxsi olsa camaat borcu verer de! O gun olsun senin de menim usaqim kimi boyreyi otkaz etsin boyrek kocuresen. Bankdan manat alasan senden $ Istesinler! Men bunu dusmenime de demerem. Senin sozune mecburam demeye. Uzun cokub Belke Botoks edesen, sen pullusan

EJDER 2018-11-19 22:20:04

VALLAH GULMELIDI,BOW BOW TEDBIRLERE PUL TAPILIR,VETENDAWLARIN HANSI MUDAFIESINI DUWUNMUSUZ...ANON VE QARDAWLARINLA VAR DOVLETI BOLE BILDINIZ,AY JALE DEPUTAT.SEVIYYENIZ GOZ QABAGINDADIR....QUSARSUZ TEZLIKLE...

Vətəndaş 2018-11-19 22:20:04

Çox gülməli cavab.

Müfəttiş 2018-11-19 22:20:04

Son illərdə Azərbaycanda , əhalinin sosial mənafeyi naminə heç bir addımlar atılmayıb . Əksinə ,növbənöv vergilər icad olunub ki, buninla da vətəndaşın ciblərinə dolayısı ilə Dövlətin əli uzanır....

Son yazılar