Azərbaycan və Belarus Türkiyədə traktor istehsalına başlaya bilər

Azərbaycan və Belarus hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir.

“Report” xəbər verir ki, bunu noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Belarusun dövlət başçısı Aleksandr Lukaşenko deyib.

O, cari ildə iki ölkə arasında qarşılıqlı ticarətdə artım müşahidə olunduğunu bildirib:

"Bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr gücünü artırır. Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu gün məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib. Bizim üçün bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar