Almaniya Səudiyyə Krallığına silah satmaqdan imtina etdi - «RP Online»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) hakimiyyəti Səudiyyə Ərəbistanına silah-sursat satmaqdan imtina etmək qərarına gəlib.

«RP Online» portalının xəbər verdiyi kimi, bu tədbir səudiyyəi jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlıdır.

İlk növbədə, bu qadağa «Wolgaster Lurssen»-ə aid olacaq - o, Səudiyyə Krallığına 20 ədəd patrul kateri verməli idi. Hələlik iki gəmi tikilib, daha səkkizinin isə tikintisinə başanılıb. «Frankfurter Rundschau» qəzeti qeyd edir ki, Almaniya bundan əvvəl krallığa «Eurofighter» qırıcıları üçün «hava-yer» raketləri və «Kobra» radar sistemi verib.

«Şpigel»-in məlumatına görə, 2017-ci ildə Berlin Ər-Riyada 254 milyon avroluq silah-sursat satıb. Oktyabr ayında isə kansler Angela Merkel qeyd edib ki, jurnalistin öldürülməsinə görə, Almaniya Səudiyyə Ərəbistanına silah satışını yolverilməz hesab edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar