Erməni diversantın işi üzrə məhkəmə prosesi keçirilir - FOTOLAR

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, prosesə hakim Kəramət Əliyev sədrlik edir.

Erməni diversant Kazaryan Karen Armeni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinir.

[gallery columns="4" size="full" ids="467582,467583,467584,467585,467586,467587,467588,467589"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar