"Urmiya gölünün bərpası üçün investisiya zəruridir" - İranlı rəsmi

Urmiya gölünün bərpası qlobal əhəmiyyətə malikdir. Buna görə bu istiqamətdə investisiya qoyuluşu zəruridir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin kənd təsərrüfatı komissiyasının sədri Əhməd Əli Keyxa Tehranda keçirilən İran və Avropa İttifaqı (Aİ) arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı seminarda deyib.

Onun sözlərinə görə, gölün bərpası istiqamətində Aİ İranda sudan az istifadə olunan məhsulların yetişdirilməsi ilə əlaqədar investisiya yatıra bilər:

"İranın kənd təsərrüfatı texnologiyalarına ehtiyacı var. Bu texnologiya Avropa ölkələrində mövcuddur. Parlament Aİ ilə İran arasında ticarət maneələrinin aradan qaldırılmasına tam hazırdır. İranın Lorestan vilayətində minimum xərclərlə 6 min ton qızılala balığı yetişdirilir. Eyni zamanda, Buşehr vilayətində 150 min hektardan çox ərazidə krevetka (kiçik dəniz xərçəngi) yetişdirilir”.

Qeyd edək ki, son aylar Urmiya gölünün su səviyyəsi azalıb.

Statistikaya əsasən, sentyabrın 23-dək göldə səviyyə 1270,27 metr olduğu halda, su səviyyəsi hazırda 0,02 fazi azalıb.

Urmiya gölünün ərazisi hazırda 1698,64 kvadrat-kilometrdir. Halbuki 1722,87 kvadrat-kilometr olub və 24,23 kvadrat-kilometr azalıb.

Qeyd edək ki, Urmiya gölündə suyun həcmi ötən ayda 1,01 milyard kub-metr olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 0,02%, ümumilikdə isə 15,07% azalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar