Macarıstanın ikinci ən böyük qaz anbarında yanğın olub - VİDEO

Bu gün səhər saatlarında Macarıstanın həcminə görə ikinci ən böyük yeraltı qaz anbarında qaz sızması və yanğın baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Haydusoboslo şəhəri yaxınlığındakı qaz anbarına nəzarət edən “Magyar Foldgaztarolo Zrt.” şirkəti yanğının qaztoplama məntəqəsində baş verdiyini açıqlayıb.

Alovları 15 m yüksəkliyə qalxan yanğını hələlik söndürmək mümkün olmayıb. Yaralıların olmadığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar